“ABŞ-ın bu qərarı başadüşülən deyil. Suriyada yaradılması nəzərdə tutulan tampon bölgədə idarənin kimdə olması barədə qərarı qeyri-qanunidir”. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib.
Lavrov sözügedən bölgəyə kimlərin daxil edilməsi ilə bağlı Vaşinqtona üç dəfə düşünmək barədə çağırış edib: "ABŞ Suriyada yaradılacaq təhlükəsizlik bölgəsində təhlükəsizliyi kimin təmin edəcəyini şəxsən bəyan edəcəyini deyib. ABŞ-ın bir perspektivə sahib olduğunu zənn etmirəm. Bu, qeyri-qanuni bir qərar olacaq".