Bu gecə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk qarşılaşmalarına yekun vurulacaq.
Modern.az xəbər verir ki, son oyun günündə də 2 matç keçiriləcək. "Yuventus" səfərdə "Atletiko"nun, "Mançester Siti" isə "Şalke"nin qonağı olacaq.
Hər iki oyun Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Çempionlar Liqası, 1/8 final mərhələsinin ilk oyunları
20 fevral
00:00. "Şalke" (Almaniya) - "Mançester Siti" (İngiltərə)
00:00. "Atletiko" (Madrid, İspaniya) - "Yuventus" (İtaliya)
14 fevral
"Roma" - "Portu"- 2:1
"Mançester Yunayted" - PSJ - 0:2
15 fevral
"Tottenhem" - "Borussiya"(Dortmund) - 3:0
"Ayaks"- "Real" - 1:2
19 fevral
"Liverpul" (İngiltərə) - "Bavariya" (Almaniya) - 0:0
"Lion" (Fransa) - "Barselona" (İspaniya) - 0:0