Modern.az

Bu gün ay tutulacaq

Bu gün ay tutulacaq

İqtisadiyyat

10 Dekabr 2011, 08:30

Dekabrın 10-da bu ilin sonuncu Ay tutulması olacaq. Modern.az saytı xəbər verir ki, tam Ay tutulması təxminən 52 dəqiqə davam edəcək.
Bu yüzilliyin ən uzun Ay tutulması isə 2018-ci il iyul ayının 27-də olacaq. Həmin gün Ay tutulması 104 dəqiqə davam edəcək.

Budəfəki Ay tutulmasını ən yaxşı halda Uzaq Şərq ölkələri və Avstraliya müşahidə edə biləcək. Ayın tutulması zamanı Ayla Yer arasında olan məsafə təxminən 397317 km olacaq. Tam Ay tutulması zamanı Ayın parlaqlığı təxminən 39 dəfə azalacaq. 
Bu gün ay tutulması saat 18.31 dəqiqədə baş verəcək. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasınınm direktoru Əyyub Quliyev məlumat verib.

Modern.az  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir