Modern.az

Ermənilərin Gürcüstanda yeni “dəsti-xətti”

Ermənilərin Gürcüstanda yeni “dəsti-xətti”

20 Fevral 2019, 15:35

Bu yaxınlarda internetdə georgians.ru – saytında yayımlanan “Video – sujet Tbilisi ermənilərini məyus etdi” adlı yazıda göstərilir ki, Tbilisi erməni assambleyası Gürcüstan kütləvi informasiya vasitələrinin bu günlərdə etnik ermənilərə qarşı, “nifrət” ifadə edən sözlərindən daha tez-tez istifadə olunduğu haqqında öz bəyanatlarını bildirib. Tbilisi ermənilərinin əsəbləşmələrinə guya səbəb itv.ge internet - telekampaniyasında yayımlanan video - sujet olub. Bu videoda “javakhk” adlı bir erməni blogeri, Avrokomissiyaya müraciət edərək Gürcüstanın Samtsxe-Cavaxetiya ərazisində erməni muxtariyyətinin yaradılmasını tələb edir.  

         
Tbilisi assambleyası xüsusi brifinqində jurnalistlərə gürcü müəlliflərinin “nifrət dolu” – sözlərini işlətdikləri materialların surətini payladılar.

         
Başlıqların özü çox söz deyir: “Ermənilər şir yox, çaqqaldırlar”; “Ermənistan bu gün irsən yalan üstündə qurulub”; “Bugünkü Ermənistan Gürcüstanın və Azərbaycanın tarixi ərazisində yaradılıb” və s. Bu cür başlıqları bir çox saytlar dərc edir. Buna misal olaraq pressa.ge, lasare.ru saytlarını göstərmək olar.

         
Amma bu gün əsas diskussiya mövzusu məhz İtv.ge – nin video - sujeti əsasında açılır. “Cavaxetiya - minalanmış regiondur” adlı sujetdə təkcə erməni blogerinin Avropa Birliyinə müraciəti haqqında deyil, Gürcüstan və Ermənistan arasında baş verən müxtəlif potensial münaqişələrdən də danışılır. Məsələn ermənilərin 2020-ci ildə Samtsxe-Cavaxetiyanı, sonra isə tədricən bütün Gürcüstanı ələ keçirtmək planlarından danışılır. 

         
Tbilisi erməni assambleyası göstərir ki, sujetdə nə Cavax ermənilərinin, nə Ermənistan hökumətinin, nə də ictimai təşkilatların bu haqda mövqeyi bildirilib. Burdan belə bir qənaətə gəlmək olar ki, ermənilər bu barədə açıqlama verməkdən boyun qaçırdaraq öz niyyətlərini ört-basdır etməyə çalışırlar.

          
Assambleyanın press-katibi İrena Ohacanova deyir ki: “Ən çox bir sıra politoloqların və ekspertlərin yalan məlumatlara əsaslanaraq söylədikləri fikirlər məni məyus edir. Onlar nə Yerevan siyasətçilərinin, nə Samtsxe-Cavaxetiyadakı erməni təşkilatlarının, nə də Gürcüstandakı başqa erməni təşkilatlarının rəsmi müraciətinə əsaslanırlar. Bloger “javakhk” özünü nə Ermənistan dövlət struktur nümayəndəsi kimi təqdim edib, nə də ki hər hansı təşkilatın üzvüdür”.

Lakin qeyd etmək lazımdır ki, İrena Ohacanova ermənilərin əsl məqsədlərini – onların Gürcüstandakı separatizmini və əsassız ərazi iddialarını ört-basdır edir. Bütün dünyada olduğu kimi, Gürcüstanda da ermənifobiyanın yaranmasının əsas günahkarı ermənilər özləridir. Onlar yaşadıqları ölkələrin qanunlarını, suverenliklərini, ərazi bütövlüklərini pozmağa cəhd edir, bununla da özlərinə hər yerdə nifrət qazanırlar. Onu da qeyd etmək lazımdır ki, video – sujetin müəllifi javakhk ləqəbini təsadüfi götürməyib. Məlum olduğu kimi, ermənilər məhz Samtsxe-Cavaxetiyada “Cavaxk” adlı hərəkatın əsasını qoyublar. Buradan isə açıq-aydın görünür ki “javakhk” ləqəbini götürən və ondan etniklərarası münasibətlərin qızışdırılmasında istifadə edən məhz ermənilərdir.

      
 “Çox millətli Gürcüstan” təşkilatının həmsədrlərindən biri Aqit Mirzoyev belə hesab edir ki, düşmənçilik, ermənilərə qarşı nifrət dili ilə danışmağın hallanması jurnalistlərin günahıdır, onlar balanslanmış material hazırlamalıdırlar ki, etniklərarası düşmənçilik yaranmasın. Yazılan rəylər çox dəhşətlidir. Bəziləri erməni qonşulara divan tutmaqla təhdid edirlər və s.  Əslində bu rəylərdən  görünür ki, gürcülər ermənilərə həqiqətən nifrət edir, onları yaxşı tanıyır, hansı məkrli planlar qurduqlarını yaxşı bilirlər. Cənab Aqit Mirzoyevin dediyinin əleyhinə olaraq onu qeyd etmək olar ki, etniklərarası düşmənçiliyi məhz ermənilər özlərinin əsassız iddiaları və tələbləri ilə qızışdırırlar.

       
İctimai Münasibətlər İnstitutunun Jurnalistika fakültəsinin müəllimi Zviad Korıdze deyir: “Bu sujet insanları Cavaxetiyanın minalanmış region olması barədə hazırlamaqdır”.

Jurnalist Xatuna Kasitadzenin fikrincə, cəmiyyətdə baş qaldıran bu diskussiya – erməni nöqteyi – nəzərini çatdırmaq üçün səbəbdir.

        
Bu hadisələr bizi və gürcü ictimaiyyətini daha dərindən düşünməyə vadar edir. Məlum olduğu kimi, bütün əsrlər boyu, elə indi də ermənilərin bir dəsti-xətti var: necə deyərlər, özləri suyu bulandırır, sonra günahı başqalarında görür və “günahkar” axtarırlar. Söz – söhbət yayıb, qarşıdurmalara səbəb olmaq, özlərini əzilmiş, təhqir edilmiş xalq kimi göstərmək, daha sonra tələblərlə, iddialarla çıxış etmək - bax bu ermənilərin əsas siyasi oyunlarından və məkrli planlarından biridir.



Kamal Salayev

AMEA–nın Qafqazşünaslıq İnstitutunun

Gürcüstanşünaslıq şöbəsinin mütəxəssisi

e–mail: [email protected]

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir