Modern.az

Bakıda naməlum şəxslər taksi sürücüsünü qarət etdi

Bakıda naməlum şəxslər taksi sürücüsünü qarət etdi

Aktual

20 Fevral 2019, 18:35

Bakıda taksi sürücüsünə qarşı quldurluq edilib.

 

Modern.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib.

 

Suraxanı rayonunun Suraxanı qəsəbəsində yaşayan, 1971-ci il təvəllüdlü Abbasov Gündüz Əlövsət oğlu polisə müraciət edərək bildirib ki, "Neftçilər" metrostansiyası yaxınlığında "Nissan" markalı şəxsi avtomobillə taksi fəaliyyəti ilə məşğul olarkən iki nəfər naməlum şəxs Sabunçu rayonu, Bünyadov küçəsindəki "KİA Motors" adlı obyektə getmək istədiklərini bildiriblər. Onlar həmin obyektə yaxınlaşarkən sürücünün boynuna məftil keçirərək pulunu və avtomobilin sənədlərini alıblar. Daha sonra həmin şəxslər avtomobili "Həzi Aslanov" metrostansiyasının yaxınlığına sürdürüb avtomobili tərk ediblər.

 

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törədən şəxslərdən biri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində yaşayan, 1986-cı il təvəllüdlü Abbasov Sahil Vahid oğlu saxlanılıb, hadisənin digər iştirakçısının axtarışları isə davam etdirilir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir