Modern.az

Türkiyə Rusiyadan S-400 komplekslərini almaqdan imtina etməyəcək

Türkiyə Rusiyadan S-400 komplekslərini almaqdan imtina etməyəcək

20 Fevral 2019, 19:19

Türkiyə Rusiyanın S-400 zenit-raket komplekslərini almaqdan imtina etməyəcək.

 

Trend-in məlumatına görə, bunu Türkiyənin müdafiə sənayesi naziri İsmayıl Demir deyib.

İ.Demirin sözlərinə görə, Türkiyə kompleksləri bu ilin iyulunda alacaq.

 

Nazir bildirib ki, 2019-cu ilin oktyabrınadək sistem Türkiyədə quraşdırılacaq.

ABŞ-ın “Patriot” zenit-raket komplekslərinin alınması barədə danışan nazir qeyd edib ki, hazırda Ankara ilə Vaşinqton arasında danışıqlar aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır