Modern.az

Milli Məclis ABŞ prezidentinə və Konqresinə müraciət hazırlayır

Milli Məclis ABŞ prezidentinə və Konqresinə müraciət hazırlayır

15 Dekabr 2009, 13:02

Modern.az xəbər verir ki, Milli Məclisin dekabrın 15-də keçirilən iclasında deputatlar ABŞ Konqresinin 2010-cu maliyyə ilində Dağlıq Qarabağa 8 milyon dollar həcmində yardım ayırması barədə qərarına münasibət bildiriblər.

Deputat Musa Quliyevin ardınca Əli Hüseynov da Konqresin həmin qərarını pisləyib və bildirib ki, bu, bu, beynəlxalq hüquq normalarına ziddir. Millət vəkili separatçılara maliyyə yardımının ayrılmasını ABŞ-dakı erməni lobbisinin gücü ilə əlaqələndirilməsinin başa düşülmədiyini qeyd edib. Bildirib ki, erməni lobbisi dünyanın super dövlətinin xarici suyasətinə təsir edə bilməməlidir. Rövşən Rzayev ABŞ Konqresinin bu hərəkətini Azərbaycandakı 1 milyon qaçqın və məcburi köçkünün huququnun pozulması kimi qiymətləndirib. Rövşən Rzayev Dağlıq Qarabağın azərbaycanlı icmasına yarım edilməməsindən narahatlığını ifadə edib. İqbal Ağazadə isə təklif edib ki, Qarabağ məsələsilə bağlı Milli Məclisin əlahiddə iclası keçirilməli, orada Xarici İşlər və Müdafiə nazirliklərinin nümayəndələri danışıqların nə yerdə olduğu barədə hesabat verməlidirlər. Zahid Oruc deyib ki, o, bu məsələdə Azərbaycan iqtidarı və müxalifətinin eyni mövqedən çıxış etməsini alqışlayır. Deputatın sözlərinə görə, ABŞ Konqresinin indiyədək Dağlıq Qarabağdakı  erməni separatçılarına ayırdığı yardımın həcmi 210 milyon dollar təşkil edir. Millət vəkili sual edib ki, nə üçün ABŞ Konqresi digər separatçı bölgələr olan Dnestryanı, Cənubi Osetuya “respublikalarına” da maliyyə yardımı ayırmır, amma Dağlıq Qarabağa ayırır. Z.Oruc təklif edib ki, bir neçə deputatdan ibarət qrup yaradılsın  və onun vasitəsilə Milli Məclisin etirazı ABŞ Konqresinə çatdırılsın.

Aynur Quliyeva da eyni mövqedən çıxış edərək həmkarlarının sözünə qüvvət verib.

Pənah Hüseyn də “Müsavat” deputat qrupunun da ABŞ-ın bu addımına etiraz etdiyini deyib: “Artıq siyasi partiyalar belə bir etiraz məktubu hazırlayır. Biz də bu etirazları dəstəkləyirik”.

Milli Məclisin spikeri Oqtay Əsədov deputatlarla həmrəylik nümayiş etdirib. Bildirib ki, iclasın sonunadək Milli Məclisin ABŞ Konqresinə etiraz bəyanatı hazırlanacaq

: "Konqres Dağlıq Qarabağın erməni icmasına yardım edilməsi haqqında qərar qəbul etsə də, ABŞ Prezidenti sənədi təsdiqləməyib. Ona görə komissiya yaradaq və həm Prezident Barak Obamaya, həm də Konqresə müraciət qəbul edək"

.

O.Əsədovun fikrincə, belə bir müraciət qəbul edilərsə, ABŞ Prezidenti separatçılara nəzərdə tutulan yardımla bağlı qərarı təsdiq etməyə bilər

”. Qeyd edək ki, iclasın gedişində

spikerin təşəbbüsülə

deputat qrupu yaradılıb. Qrupa Elman Məmmədov, Musa Quliyev, Yevda Abramov, Əli Hüseynov, Nəsib Nəsibli, Rövşən Rzayev, Gülər Əhmədova daxil edilib.

Günün ikinci yarısı müraciət qəbul olunacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir