Modern.az

Canavarlar Şəkiyə hücum etdi

Canavarlar Şəkiyə hücum etdi

20 Fevral 2019, 22:17

Şəkinin Aşağı Göynük kəndində canavarlar kənd sakinlərinin həyətlərinə girərək mal-qaraya hücum ediblər. Modern.az "Report"a istinadən xəbər verir ki, kənd sakini Rövşanə İlyasovaya məxsus həyətə girən canavar inəyi və onun balasını zədələyib. Yırtıcı ailə üzvlərinin səs-küyündən sonra həyətdən qaçıb.

 

Canavarlar kənd sakini, Şahin İbrahimovun da təsərrüfatına ziyan vurub. Belə ki, canavarlar ona məxsus inəyi parçalayıb. Ş.İbrahimov inəyi canavarların hücumundan xilas etmək istəyərkən yırtıcılar ona da hücüm edib. Lakin ev sahibi qaçaraq xilas ola bilib.

 

Sakinlərin sözlərinə görə, bu, canavarların Aşağı Göynük kəndində təsərrüfatlara ilk hücumu deyil. Yırtıcılar əvvəlдэк də kənd sakinlərinin mal-qarasına bir neçə dəfə zərər vurub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub