Ötən gecə Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk qarşılaşmalarına yekun vurulub.
Modern.az xəbər verir ki, son oyun günündə də 2 matç keçirilib. "Yuventus" səfərdə "Atletiko"nun qonağı olub. Görüş Madrid klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Paralel keçirilən digər oyunda isə "Mançester Siti" "Şalke"nin qonağı olub. Qonaqlar əzmkar qələbə qazanıb - 3:2.
Çempionlar Liqası, 1/8 final mərhələsinin ilk oyunları
20 fevral
"Şalke" (Almaniya) - "Mançester Siti" (İngiltərə) - 2:3
"Atletiko" (Madrid, İspaniya) - "Yuventus" (İtaliya) - 2:0
14 fevral
"Roma" - "Portu"- 2:1
"Mançester Yunayted" - PSJ - 0:2
15 fevral
"Tottenhem" - "Borussiya"(Dortmund) - 3:0
"Ayaks"- "Real" - 1:2
19 fevral
"Liverpul" (İngiltərə) - "Bavariya" (Almaniya) - 0:0
"Lion" (Fransa) - "Barselona" (İspaniya) - 0:0