Modern.az

SSR Xalq artistləri Moskvaya toplaşacaq

SSR Xalq artistləri Moskvaya toplaşacaq

7 Dekabr 2011, 09:49

Azərbaycandan Zeynəb Xanlarova gedir

Milli Məclisin deputatı Zeynəb Xanlarova dekabrın 8-dən 11-dək Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində səfərdə olacaq. 
Milli Məclisin Mətbuat Xidmətindən Modern.az saytına verilən məlumata görə, Azərbaycan incəsənətinin tanınmış nümayəndəsi, millət vəkili Z.Xanlarova  MDB-nin 20 illik yubileyi münasibətilə keçirilən SSRİ xalq artistlərinin görüşünə dəvət edilib.

Tədbirin təşkilatçısı MDB iştirakçısı olan ölkələrin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondudur. Görüşdə deputat tarixi-mədəni irsin qorunması və bu sahədə əməkdaşlığın daha da genişləndirilməsinə dair fikir mübadiləsində yaxından iştirak edəcək.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub