Modern.az

Masazırdakı yanğında 4 polis işçisi ZƏHƏRLƏNDİ  

Masazırdakı yanğında 4 polis işçisi ZƏHƏRLƏNDİ   

Aktual

21 Fevral 2019, 12:01

Fevralın 20-də gecə saat 3 radələrində Abşeron rayonuMasazır qəsəbəsinin “Qurtuluş-93” yaşayış sahəsindəki 8 saylı binanın 1-ci mərtəbəsində yerləşən elektrik şitində yanğın baş verib.

DİN Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, dərhal polis əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin aidiyyatı qurumları hadisə yerinə gəliblər. Sakinlərin yanğından xilas edilməsi məqsədi ilə təxirəsalınmaz tədbirlər görülüb.  

Polis və yanğın təhlükəsizliyi xidməti əməkdaşlarının çevik müdaxiləsi və yaxından köməkliyi ilə sakinlər təxliyə olunub, onların təhlükəsizliyi təmin edilib. Yanğın söndürülmüş, xəsarət alan olmayıbr.

Bina sakinlərinin təxliyyəsi zamanı Abşeron Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları, polis serjantları İlkin Kərimov, Elməddin Alıyev, Bəhruz Heydərli və Kamil Həsənov tüstüdən zəhərləndikləri üçün Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib, burada onlara ilkin tibbi yardım göstərilib.

Hazırda polis əməkdaşlarının vəziyyəti normaldır və xidmətlərini davam etdirirlər.


Faktla bağlı araşdırma aparılır.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı