Modern.az

İlham Əliyev Sovet İttifaqı Qəhrəmanını qəbul edib  

İlham Əliyev Sovet İttifaqı Qəhrəmanını qəbul edib   

Aktual

21 Fevral 2019, 13:10

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 21-də MDB ölkələri Dövlət Başçıları Şurası yanında Beynəlmiləlçi Döyüşçülərin işləri üzrə komitənin və “Döyüş Qardaşlığı” Beynəlxalq veteranlar təşkilatı Ali Şurasının üzvü, Sovet İttifaqı Qəhrəmanı, general-leytenant Ruslan Auşevi qəbul edib.

Modern.az xəbər verir ki, Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin məlumatına görə, görüşdə sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 30-cu ildönümü ilə bağlı Azərbaycanda keçirilən tədbirin əhəmiyyətinə toxunulub.

Ruslan Auşev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə görüşlərindən məmnunluqla danışdı və Ulu Öndərin xatirəsini daim yad etdiyini bildirib.

Prezident İlham Əliyev Ruslan Auşevin Azərbaycana səfərindən məmnunluğunu ifadə edib və onun ulu öndərin xatirəsi ilə bağlı dediyi xoş sözlərə görə təşəkkürünü bildirib.

Ruslan Auşev Bakıda gördüyü inkişaf proseslərinin tədbir iştirakçılarında xoş təəssürat yaratdığını vurğulayıb, onların bu tədbirdə iştirak etmək üçün böyük məmnuniyyətlə Bakıya gəldiklərini deyib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı