Modern.az

Nəticələr AÇIQLANDI - 211 nəfər sınaq imtahanına gəlməyib

Nəticələr AÇIQLANDI - 211 nəfər sınaq imtahanına gəlməyib

Aktual

21 Fevral 2019, 14:22

Fevralın 10-da keçirilmiş sınaq imtahanının nəticələri açıqlanıb. Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 10-da keçirilmiş sınaq imtahanının nəticələrini elan edib.

 

Bu barədə Dövlət İmtahan Mərkəzindən Modern.az-a məlumat verilib.

Bildirilib ki, hər bir abituriyent DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının (vərəqinin) qrafik təsviri ilə tanış ola bilər.

Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 28337 abituriyentdən 211 nəfəri imtahana gəlməyib

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı