Modern.az

Növbədənkənar parlament seçkiləri keçirilməyəcək – Ziyafət Əsgərov

Növbədənkənar parlament seçkiləri keçirilməyəcək – Ziyafət Əsgərov

21 Fevral 2019, 15:11

“Ölkədə 2020-ci il parlament seçkilərinin vaxtının dəyişdirilməsinə, onun irəli çəkilməsinə ehtiyac görmürəm. Buna zərurət yoxdur”

Modern.az xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov növbəti parlament seçkilərinin vaxtının irəli çəkiləcəyi ilə bağlı iddialara münasibət bildirərkən deyib.

Z.Əsgərovun sözlərinə görə, Azərbaycanda seçkilərin keçiriləcəyi tarixlər (2024-2025-ci illərdəki bələdiyyə, prezident və parlament seçkiləri nəzərdə tutulur - red.) üst-üstə düşmür:

“Bunlar Seçki Məcəlləsi ilə tənzimlənir. İddialar başqa, qanunvericilik başqa şeydir”.       

 

Mail Ağaxanov

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir