Modern.az

Təhqir və böhtana görə cəzalar sərtləşdirilə bilər - Birinci vitse-spikerdən ANONS

Təhqir və böhtana görə cəzalar sərtləşdirilə bilər - Birinci vitse-spikerdən ANONS

Aktual

21 Fevral 2019, 15:20

“Sosial şəbəkələr təyinatına uyğun istifadə edilsə, yaxşı olar. Sosial şəbəkələrdən qanunsuz istifadə etmək cəhdləri qəbulolunmazdır. Burada baş verən qanunazidd hərəkətlərin, insanların şəxsiyyətinin, şərəf və ləyaqətinin təhqir olunması yolverilməzdir, cinayət qanunvericiliyi ilə təqib olunur”. 

 

Modern.az xəbər bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

 

O bildirib ki, belə halların qarşısının alınması üçün qanunvericilikdə, o cümlədən, “Kütləvi informasiya vasitələri haqqında” qanunda müəyyən dəyişikliklər edilə bilər. 

“İnsanların özləri bunu dərk etməlidirlər, ictimai qınaq güclü olmalıdır. Jurnalistlər fəal olmalıdırlar ki, əxlaqa zidd hallar baş verməsin.

 

Cinayət Məcəlləsində təhqir və böhtana görə cəza nəzərdə tutulur. Əgər təkliflər olarsa, cəzalar sərtləşdirilə bilər. Amma cəmiyyətin təpki göstərməyi əsasdır, insanların mədəni səviyyəsi yüksəlməlidir. Əgər sənin kiminləsə mübahisən düşübsə, nədənsə narazısansa, söyüşə əl atmamalısan.

 

Bu, çıxış yolu deyil. Bunun normal və sivil yolları var. Kompüterin arxasında oturub müxtəlif yazı yazaraq kimisə niyə təhqir etməlisən ki? Xaricdə oturub kimisə təhqir etmək hansı əxlaqa sığır? Bu yazıları sənin və digərlərinin ailəsi – anası, bacısı, qardaşı oxuyur. Bu, biabırçı vəziyyətdir. Bu məsələdə hamının barışmaz mövqeyi olmalıdır”. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir