Modern.az

“Könüllülər Parlamenti - Azərbaycan, 2019” layihəsinin bağlanış mərasimi keçirildi  

“Könüllülər Parlamenti - Azərbaycan, 2019” layihəsinin bağlanış mərasimi keçirildi   

21 Fevral 2019, 15:24

Azərbaycan Milli Məclisinin və “ASAN Könüllüləri” Təşkilatının birgə əməkdaşlığı ilə “Könüllülər Parlamenti – Azərbaycan, 2019” layihəsinin bağlanış mərasimi keçirilib.

Modern.az xəbər verir ki, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev gəncləri ictimai həyatda fəal olmağa çağırıb. 

Aparat rəhbəri bildirib ki, Azərbaycanın belə gələcəyi varsa, irəlidə daha yüksək zirvələri fəth edəcək:

“Mən də vaxtilə gənc olmuşam, gəncliyin əsas nöqsanı, çatışmayan cəhəti odur ki, vaxt tez gəlib keçir. İlk növbədə hər kəs özünü gənc hesab edir, amma vaxt gəlib çatanda güzgüyə baxırsan görürsən ki, gənc insan deyilsən.
Mütəmadi vaxtım olanda sizin müzakirələrinizi izləyirdim. Siz hələ çox gəncsiz, çox şeyləri bilmirsiniz. Sizdə bu öyrənmək istəyi, vətənə bağlılıq istəyi ki var, onu yüksək qiymətləndirirəm və əminəm siz bu istəyi, arzunu həmişə ürəyinizdə daşıyacaqsınız. Mən bu işdə əziyyəti keçən hər kəsə öz dərin minnətdarlığımı bildirirəm".


Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib ki, “ASAN Könüllüləri” bu gün artıq 17 mindən çox gənci əhatə edir və “ASAN Könüllüləri” hərəkatına çevrilib. Onun sözlərinə görə, həyata keçirilən 500-dən çox layihə “ASAN Könüllüləri”nə daxil olmayan 50 min gənci əhatə edib. 

O, əlavə edib ki, “ASAN xidmət” yarandığı gündən könüllülərin xidmətindən yararlanıb. 

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev də gəncələrə yaradılan şəraitdən danışıb. Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov gənclər siyasəti, könüllülük fəaliyyəti barədə fikirlərini bildiriblər. 

Tədbirin sonunda layihə iştirakçılarına diplomlar verilib.


Mail Ağaxanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir