Modern.az

Ağdamda Ermənistanın PUA-sı məhv edildi

Ağdamda Ermənistanın PUA-sı məhv edildi

21 Fevral 2019, 15:48

ATƏT-in Minsk Qrupu həmsədrinin Azərbaycana səfəri çərçivəsində fəaliyyətini həyata keçirdiyi bir vaxtda Ermənistan tərəfi növbəti təxribat törədib.

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, fevralın 21-i günorta saatlarında cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan silahlı qüvvələri "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Hərbi Hava Qüvvələrimizin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmən PUA-sı dərhal aşkarlanaraq zərərsizləşdirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır