Modern.az

Ülvi Quliyevdən gənclərə ÇAĞIRIŞ

Ülvi Quliyevdən gənclərə ÇAĞIRIŞ

21 Fevral 2019, 16:06

“Milli Məclisin rəhbərliyinə təşəkkür edirəm ki, belə bir layihənin reallaşmasına öz dəstəyini verdi. Parlamentin müvafiq şöbələri və “ASAN Xidmət” bu layihəni reallaşdırdı. Baxmayaraq ki, layihə qısa bir vaxtda - 4 gün ərzində keçirildi. Bu layihə bütün gənclərimiz üçün çox faydalı olacaq”.

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev “Könüllülər Parlamenti – Azərbaycan, 2019” layihəsinin bağlanış mərasiminsə deyib.

Ü.Quliyev deyib ki, layihənin gedişində gənclər qanunvericilik prosesinin gedişatı ilə yaxından tanış olublar.


“Bu layihələrin davamlı olması gənclərimiz üçün çox vacibdir. Bir şəxsiyyət kimi idarəetmədə onların liderlik qabiliyyətini daha da önə çəkir. Biz qanunvericilik orqanı olaraq gənclərimizlə də görüşdə bu fikirləri söylədik. Hal-hazırda biz “Gənclər siyasəti haqqında” qanun layihəsini müzakirə edirik. “Gənclər siyasəti haqqında” qanun layihəsi siz gənclərin hərtərəfli inkişafı üçün dövlətin yaratdığı şərait və təminatların daha da genişləndirməsinə xidmət edir. Sizlərin fəaliyyətinin daha səmərəli olması üçün dövlət üzərinə götürdüyü vəzifələrin, öhdəliklərin əhatəsini daha da genişləndirir. Bununla da gənclərin hüquqlarını genişləndirmiş olur. Gənclərin sosial problemlərinin həllində fəal iştirak etmiş olur”.


Qanun layihəsi ilə də bağlı fikirlərini davam etdirən komitə sədri üzünü gənclərə tutaraq deyib ki, onların qarşısında duran əsas vəzifələrdən biri və birincisi təhsilə fikir verməkdir:

“Savadlı, bilikli olmalı, milli, vətənpərvərlik ruhunda tərbiyə almalı, ana dilimizə, mədəniyyətimizə, tariximizə, ədəbiyyatımıza bağlı olmalısınız. Bunlar sizdə olduqda dövlətin maraqlarını hər zaman dəstəkliyə bilərsiniz. Sizin qarşınızda duran ən vacib məsələ müstəqilliyimizi qoruyub saxlamaqdır. Çünki siz müstəqil Azərbaycanın gənclərisiniz. Siz öz fəaliyyətinizlə, təhsilinizlə, davranışınızla müstəqilliyimizə töhfə verməlisiniz”.


Mail Ağaxanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir