Modern.az

İcra başçısı Ermənistanla sərhəddə səyyar qəbul keçirdi

İcra başçısı Ermənistanla sərhəddə səyyar qəbul keçirdi

Aktual

21 Fevral 2019, 16:11

Ağstafa rayon icra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyevin növbəti səyyar görüşü rayonun Ermənistanla sərhəddə yerləşən Köhnəqışlaq kəndində keçirildi.

 

Modern.az-ın xəbərinə görə, yeni istifadəyə verilmiş Köhnəqışlaq kənd məktəbində keçirilən görüşdə rayon İcra hakimiyyəti başçısının müavinləri, aparatının şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.

 

Tədbiri giriş sözü ilə açan icra başçısı ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, mövcud sabitlik və əmin-amanlığından, eləcə də ölkə rəhbərliyinin müvafiq tapşırıqları ilə Ağstafada həyata keçirilən abadlıq-quruculuq işlərindən, reallaşdırılan irimiqyaslı sosial infrastruktur layihələri sakinlərin diqqətinə çatdırdı.

 

Görüşdə icra başçısı vətəndaşları narahat edən məsələləri dinlədi, onların təkliflərini qəbul etdi. Məsələlərin operativ  qaydada həll olunması istiqamətində aidiyyat  üzrə müvafiq tapşırıqlarını verdi.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!