Modern.az

Rezidenturaya ərizə qəbulunun vaxtı uzadıldı

Rezidenturaya ərizə qəbulunun vaxtı uzadıldı

Aktual

21 Fevral 2019, 17:52

Dövlət İmtahan Mərkəzi tərəfindən 2019/2020-ci tədris ili üçün rezidenturaya elektron ərizə qəbulunun vaxtı 28 fevral saat 23:59-dək uzadılır.

Bu barədə Modern.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qeyd edək ki, 2019-cu il 21 fevral saat 17:15-ə olan məlumata əsasən 853 namizəd (Azərbaycan bölməsi - 739; rus bölməsi - 114) elektron ərizəsini təsdiq edib. 41 namizəd isə elektron ərizəsini yadda saxlasa da, təsdiq etməyib. Elektron ərizəsini təsdiq etməyənlər, həmçinin imtahanda iştirak etmək istəyən digər namizədlər 28 fevral saat 23.59-dək ərizələrini təsdiq edə bilərlər.

Rezidenturaya qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün namizədlər ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə qeyd olunan vaxtədək Mərkəzin internet saytının müvafiq səhifəsinə (//eservices.dim.gov.az/erizerez/erize/?frm=egov ) daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər).

Ərizəsini təsdiq etməyən namizədlər imtahana buraxılmır.

Namidə

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir