Modern.az

“Cavabdeh şəxslər barəsində tədbir görüləcək” - AÇIQLAMA  

“Cavabdeh şəxslər barəsində tədbir görüləcək” - AÇIQLAMA   

21 Fevral 2019, 18:06

“Bu günlərdə sosial şəbəkədə Azərbaycan Bayrağına hörmətsizliklə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsində çəkildiyi iddia edilən fotoşəkil paylaşılıb. Bəzi xəbər saytları isə məsələni araşdırmadan öz səhifələrində bu mövzu ilə bağlı məlumat yerləşdiriblər”.

Modern.az xəbər verir ki, bu açıqlama ilə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, mayor Füzuli İsmayılov çıxış edib. 

“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti harada, hansı ünvanda baş verməsindən asılı olmayaraq Azərbaycan Bayrağına edilən hörmətsizliyi kəskin pisləyir. Xidmətin şəxsi heyəti Azərbaycanın dövlət atributlarını müqəddəs bilir və onlardan istifadə qaydaları barədə qanunvericiliyin tələblərinə tamamilə riayət edir. Bununla belə qeyd edilən məsələ Xidmət tərəfindən tam nəzarət götürülməklə ciddi araşdırılır. Əgər iddia edildiyi kimi, bu hal Xidmətin müvafiq struktur bölməsində baş veribsə, cavabdeh şəxslər barəsində qanunamüvafiq tədbirlər görüləcəkdir. 
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti belə bir həssas məsələdən sui-istifadə etməklə dövlət qurumunun ümumi fəaliyyəti barədə ictimai rəydə çaşqınlıq yaratmaq cəhdlərindən təəssüfünü ifadə edir”,-deyə F.ismayılov bildirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu