Modern.az

Sumqayıtda avtobus binaya çırpıldı - 31 sərnişin xəstəxanada

Sumqayıtda avtobus binaya çırpıldı - 31 sərnişin xəstəxanada

21 Fevral 2019, 18:15

Sumqayıtda marşrut avtobusu qəzaya uğrayıb.

 

Modern.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə Sumqayıt şəhəri Sülh küçəsində baş verib.

Sumqayıt - H.Z.Tağıyev qəsəbəsi marşrutu üzrə hərəkət edən 30 saylı avtobus minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində avtobus yaxınlıqdakı mağazaya çırpılıb.

Avtobusda olan sərnişinlərdən 31 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan  verilən məlumata görə, hazırda 10-a yaxın xəstə ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi