Modern.az

“Yuventus”un səhmləri “Atletiko”ya məğlubiyyətdən sonra ucuzlaşıb

“Yuventus”un səhmləri “Atletiko”ya məğlubiyyətdən sonra ucuzlaşıb

21 Fevral 2019, 19:17

İtaliyanın "Yuventus" klubunun səhmləri Çempionlar Liqasının 1/8 final mərhələsində səfərdə İspaniya "Atletiko"suna məğlubiyyətdən sonra ucuzlaşıb.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, Turin təmsilçisinin səhmləri 10% azalıb.

Fevralın 21-də səhər saatlarında səhmlər birjada 1.45 avroya satılıbsa, bu gün həmin vaxtlarda 1,29 avro olub.

Qeyd edək ki, qarşılaşma "Atletiko"nun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab görüşü martın 12-də olacaq. İtaliya təmsilçinin səhmləri Kriştianu Ronaldunun transferindən sonra bahalaşmışdı. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir