Modern.az

Kənd təsərrüfatı məhsullarının istehsalı 2,4 faiz artıb

Kənd təsərrüfatı məhsullarının istehsalı 2,4 faiz artıb

21 Fevral 2019, 19:23

Yanvarda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 313,1 milyon manat təşkil edib ki, onun da 301,6 milyon manatı heyvandarlıq, 11,5 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb.

 

Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 2,4 faiz, o cümlədən bitkiçilik məhsulları 43,6 faiz, heyvandarlıq məhsulları isə 1,2 faiz artıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!