Modern.az

Ankarada yeni kanal tikiləcək

Ankarada yeni kanal tikiləcək

21 Fevral 2019, 20:57

Türkiyənin paytaxtı Ankarada yeni kanal tikilməsi nəzərdə tutulur. Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

Bildirilib ki, kanalın uzunluğu 9,2 kilometrə bərabər olacaq.

 

Qeyd olunur ki, Ankarada kanalın tikintisi 2014-cü ildə planlaşdırılırdı. O zaman tender keçirilsə də, nəticələr şəhər rəhbərliyi tərəfindən ləğv edilmişdi.

 

Ankara kanalının heç bir kommersiya məqsədi daşımayacağı və yalnız daşqınların və su axınlarının qarşısının alınması üçün tikiləcəyi deyilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır