Modern.az

İraqda İŞİD-i maliyyələşdirən gizli şəbəkə aşkarlandı

İraqda İŞİD-i maliyyələşdirən gizli şəbəkə aşkarlandı

Dünya

21 Fevral 2019, 20:44

İraq Milli Kəşfiyyat Xidməti son günlər İŞİD terrorçu təşkilatının bütün dünyada əməliyyatlarını maliyyələşdirən gizli bir şəbəkəni ifşa edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, İraqda aşkarlanan şəbəkənin dünyanın bir çox ölkələrində özəkləri olub. Bu şəbəkənin öz tədbirlərini ört-basdır etmək üçün müxtəlif saxta ofis və təşkilatlar görüntüsü yaratdığı bildirilir.

 

Eyni zamanda Xidmət tərəfindən Suriyanın İraqla sərhədboyu ərazisində 13 nəfər Fransa vətəndaşı olan İŞİD terrorçusunun saxlandıldığı bildirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir