Modern.az

Varisin "Yetmiş yeddinci gün”ü imzalanacaq

Varisin "Yetmiş yeddinci gün”ü imzalanacaq

7 Dekabr 2011, 14:02

Yazıçı Varis Yolçuyevin “Yetmiş yeddinci gün” romanının imza günü keçiriləcək. İmza günü dekabrin 9-u saat 15.00-da "Park bulvar"da "Əli və Nino" kitab evinin qarşısında olacaq.

Varis bədii yaradıcılığa 90-cı illərin əvvəllərində Azərbaycan Xalq Yazıçısı İsmayıl Şıxlınının xeyir-duası ilə başlayıb. Hekayələri, povestləri müxtəlif almanaxlarda, «Ulduz» juranlında, «168 saat» qəzetində dərc edilib.

2008-ci ildə «Sonuncu ölən ümidlərdir» adlı ilk kitabı işıq üzü görüb. 10 min tirajla çap olunan roman müəllifə böyük uğur gətirib. Növbəti illərdə 4 dəfə təkrar nəşrdən sonra 2012-ci ildə romanın beşinci nəşri planlaşdırılır.

2009-cu ildə yazıçının «Bir ovuc torpaq», 2010-cu ildə «Sənə inanıram» romanları çap olunub.

Oxuculara təqdim olunacaq yeni roman isə «Yetmiş yeddinci gün» adlanır.

Ölkənin kitab bazarını tədqiq edən yeganə qurum olan «Bakı kitab klubu» 2010-cu ildə Varisi ölkədə ən çox kitabları satılan azərbaycanlı yazıçı elan edib. 2011-ci ildə isə yazıçı Azərbaycan hökumətinin «Qızıl kəlmə» ali ədəbiyyat mükafatına layiq görülüb.

Varis dünyanın ən müxtəlif guşələrindən 9 mindən artıq oxucu rəyi alıb.

Kitablarının populyarlığının daha bir göstəricisi odur ki, ilk 3 kitabının kütləvi tirajlarla pirat nəşrləri çap olunmaqdadır.

 

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?