26 mart 2019, Çərşənbə axşamı
Ana Səhifə - CƏMİYYƏT - Xocalı soyqırımı beynəlxalq hüquq kontekstində: Gec-tez ədalət mühakiməsi olacaq!  
Xocalı soyqırımı beynəlxalq hüquq kontekstində: Gec-tez ədalət mühakiməsi olacaq!  
25.02.2019, 08:27

1992-cı il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilmiş  soyqırımı XX əsrdə azərbaycanlılara qarşı ən ağır beynəlxalq cinayətlərindən biridır. O gecə Ermənistan silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayı ilə birləşib Xocalı şəhərini yerlə-yeksan edərək, insanlığa və bəşəriyyətə qarşı yönəlmiş qətliam gerçəkləşdiriblər, dinc əhaliyə amansızlıqla divan tutulub.

Bu faciə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir.  Xocalıdakı vəhşi cinayət nəticəsində dinc sakinlər, o cümlədən qocalar, uşaqlar, qadınlar ya qətlə yetiriliblər, ya da girov götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərə məruz qalıblar. İnsanlar diri-diri yandırılıb, başlarının dərisi soyulub, bədən əzaları və başları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə dəlik-deşik edilib.

Xocalı soyqırımı nəticəsində, rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülüb ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. Bunların içərisində

- 8 ailə tamamilə məhv edilib;

- 56 insan işgəncə ilə öldürülüb;

- 27 ailənin yalnız 1 üzvü qalıb;

- 25 uşaq hər iki valideynini itirib;

- 130 uşaq valideynlərindən birini itirib;

- 230 ailə öz başçısını itirib;

- 487 insan şikəst olub (onlardan 76 nəfər həddi-buluğa çatmamışlardır);

- 1275 nəfər dinc sakin girov götürülüb;

- 1165 insan girovluqdan azad edilib;

- 150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat yoxdur.


Ermənistan Silahlı Qüvvələrinin beynəlxalq humanitar hüququn tələblərinə məhəl qoymadan bilərəkdən misli görünməmiş qəddarlığı törətməkdə əsas məqsədlərindən biri azərbaycanlıların gözünü qorxutmaq idi. 

Beynəlxalq hüquqa görə, genosid sülh və bəşəriyyət əleyhinə yönələn ən ağır  cinayətlərdəndir.BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində göstərilir ki, genosid insan qruplarının yaşamaq hüququnu pozmaqla yanaşı, BMT-nin məqsəd və vəzifələrinə, ümumbəşəri dəyərlərə tamamilə ziddir və dünya birliyi tərəfindən pislənir. 

Xocalı genosidi də dünya tarixinin yaddaşlarından heç vaxt silinməyən Xatın, Xirosima, Naqasaki, Sonqmi, Ruanda, Srebrenitsa və Holokost kimi dəhşətli faciələrdən heç nə ilə geri qalmır. Bu  hadisələr müharibələr tarixinə dinc əhalinin soyqırımı kimi daxil olmuş və bütün dünyada geniş əks-səda doğurmuşdur.

Təəssüf ki, yuxarıda adları çəkilən məkanlarda faciəni törədənlər cəzalandırıldığı halda, Xocalı  soyqırımının günahkarları - başda Serj Sarkisyan, Seyran Ohanyan, Robert Koçaryan və digərləri olmaqla - beynəlxalq məhkəmə qarşısına çıxarılmayıb.

Xocalı soyqırımını həyata keçirən Ermənistanın hərbi birləşmələri, Dağlıq Qarabağdakı silahlı birləşmələr və keçmiş sovet ordusunun Xankəndində yerləşən 366-cı alayının hərbçiləri beynəlxalq hüququn bütün normalarını kobud şəkildə pozublar.

Xüsusilə, 1949-cu il 12 avqust tarixli “Döyüşən silahlı qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında”, “Hərbi əsirlərlə rəftar haqqında” və “Müharibə zamanı mülki əhalinin qorunması haqqında” Cenevrə Konvensiyalarının müvafiq maddələrində nəzərdə tutulan – döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərə qarşı onların həyatına və şəxsiyyətinə qəsd etmək, o cümlədən hər hansı şəraitdə öldürmək, şikəst etmək, qəddarcasına rəftar etmək və işgəncə vermək, girov götürmək, insan ləyaqətinə toxunmaq, o cümlədən təhqiramiz və alçaldıcı tərzdə rəftar edilməsi kimi hərəkətlərin qadağan olunması barədə tələblər kobud surətdə pozulub.

Xocalıda azərbaycanlılara qarşı həyata keçirilmiş kütləvi qırğının soyqırımı aktı olmasını beynəlxalq hüquq normaları da təsdiqləyir. Belə ki, soyqırımı cinayətinin hüquqi məzmunu BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 nömrəli qətnaməsi ilə qəbul edilmiş "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya" ilə müəyyən edilib. Xocalı soyqırımı da xarakter etibarilə beynəlxalq cinayət kateqoriyasına aiddir.Xocalıdakı qətliam zamanı baş vermiş cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların kütləvi şəkildə məhv edilməsi niyyəti ilə törədilməsi onun genosid aktı olduğunu sübut edir. Azərbaycana qarşı təcavüz zamanı bu Konvensiyada təsbit olunmuş genosid cinayətini təşkil edən bütün əməllər tətbiq olunub.

Bu kateqoriyadan olan cinayətlərin əsas tərkibləri İkinci Dünya Müharibəsindən sonra yaradılmış beynəlxalq hərbi tribunalların nizamnaməsində ifadə olunub. Sonradan Yuqoslaviya və Ruanda beynəlxalq cinayət tribunallarının nizamnamələrində, habelə Beynəlxalq Cinayət Məhkəməsinin nizamnaməsində təkmilləşdirilməklə bir daha təsdiqini tapıb.

İnsanlıq tarixin qara ləkə kimi düşən Xocalı soyqırımı beynəlxalq aləmdə öz layiqli hüquqi-siyasi qiymətini almadıqca, yeni-yeni bəşəri cinayətlərə yol açılır, dünyanın müxtəlif bölgələrində soyqırımların təkrarlanmasına, terror, ekstremizm, separatçılıq üçün zəmin yaranır. 

Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanıb, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib.

Hazırda bu soyqırımını törədənlərin ifşa olunması və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılır. 
Ölkə başçısının dediyi kimi: “Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır”.

Bu baxımdan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın gördüyü işlər olduqca təqdirəlayiqdir. Belə ki, Fond Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində çox sistemli və ardıcıl fəaliyyət göstərir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən başlayan "Xocalıya ədalət!” kampaniyası çərçivəsində bir çox xarici ölkələrdə, beynəlxalq təşkilatlarda silsilə tədbirlər təşkil edilir.
“Xocalıya ədalət!” beynəlxalq informasiya və təşviqat kampaniyasının əsas məqsədi dünya ictimaiyyətini Xocalı soyqırımı ilə əlaqədar məlumatlandırmaq, qətliama beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsinə və bu qanlı qırğının qurbanlarının xatirəsinin anılmasına nail olmaqdır. Hazırda faciənin mənəvi və siyasi-hüquqi səviyyədə tanınmasına yönəlmiş bu kampaniya bir çox ölkələrdə uğurla həyata keçirilir

Artıq dünyanın bir sıra ölkələrində, o cümlədən ABŞ-ın bəzi ştatlarında Xocalı qətliamına soyqırımı kimi qiymət verilir. 

Xocalı faciəsi Azərbaycan xalqının heç vaxt unudulmayacaq və ibrət dərsi götürüləcək qan yaddaşıdır. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması hər bir azərbaycanlının borcudur.

Xocalı soyqırımını törədənlər gec-tez ədalət mühakiməsi qarşısına çıxacaq, öz dəhşətli cinayətlərinə görə cavab verməli olacaqlar. Beynəlxalq hüquq da məhz bunu tələb edir.

İlqar Aydın lu mmədov, fəlsəfə elmləri namizədi,
Bakı şəri 11 saylı notariat ofisinin notariusu


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Bakıda 45 yaşlı kişi liftdə bıçaqlandı
26.03.2019, 01:02

Bakıda 45 yaşlı kişi liftdə bıçaqlandı

Çin Fransadan 300  "Airbus" alır
26.03.2019, 00:44

Çin Fransadan 300  "Airbus" alır

İsrail hərbçiləri ilə “Həmas” arasında razılaşma
26.03.2019, 00:29

İsrail hərbçiləri ilə “Həmas” arasında razılaşma

Avtomobillər qar uçqunu altında qaldı
26.03.2019, 00:14

Avtomobillər qar uçqunu altında qaldı

Nemət Pənahlı Azərbaycan Xalq Hərəkatından çıxarıldı
25.03.2019, 23:57

Nemət Pənahlı Azərbaycan Xalq Hərəkatından çıxarıldı

Suriyada 3 hərbçisi öldü
25.03.2019, 23:42

Suriyada 3 hərbçisi öldü

Türkiyə millisi Moldovaya heç bir şans vermədi
25.03.2019, 23:27

Türkiyə millisi Moldovaya heç bir şans vermədi

Sərnişin təyyarəsi səhvən başqa şəhərə uçdu
25.03.2019, 23:10

Sərnişin təyyarəsi səhvən başqa şəhərə uçdu

Yardımlıya qar yağdı - VİDEO
25.03.2019, 22:56

Yardımlıya qar yağdı - VİDEO

Gəncədə ata və oğlunu maşın vurdu
25.03.2019, 22:43

Gəncədə ata və oğlunu maşın vurdu

Avropa Birliyi “Breksit”lə bağlı hazırlıqları tamamlayır
25.03.2019, 22:30

Avropa Birliyi “Breksit”lə bağlı hazırlıqları tamamlayır

Meyxanaçı Ağakərim barədə üzücü xəbər
25.03.2019, 22:13

Meyxanaçı Ağakərim barədə üzücü xəbər

Türkiyə ABŞ-ın qərarını pislədi
25.03.2019, 22:00

Türkiyə ABŞ-ın qərarını pislədi

“Gələn oyunlara hazırlıq mənim üçün daha vacibdir” - Nikola Yurçeviç
25.03.2019, 21:42

“Gələn oyunlara hazırlıq mənim üçün daha vacibdir” - Nikola Yurçeviç

BMT-nin Qolan yüksəkliklərinin statusu barədə mövqeyi dəyişməyib
25.03.2019, 21:25

BMT-nin Qolan yüksəkliklərinin statusu barədə mövqeyi dəyişməyib

“Azərbaycan yığmasının texnikalı oyunçuları var” - Rəqib baş məşqçi
25.03.2019, 21:11

“Azərbaycan yığmasının texnikalı oyunçuları var” - Rəqib baş məşqçi

İsrail ordusu Qəzzanı bombalayıb
25.03.2019, 20:56

İsrail ordusu Qəzzanı bombalayıb

Tramp İsrailin Qolan yüksəklikləri üzərindəki suverenliyini tanıdı
25.03.2019, 20:43

Tramp İsrailin Qolan yüksəklikləri üzərindəki suverenliyini tanıdı

Gəncədə ağır qəza: yaralılar var
25.03.2019, 20:27

Gəncədə ağır qəza: yaralılar var

18 nəfər daşqınların qurbanı oldu - VİDEO
25.03.2019, 20:14

18 nəfər daşqınların qurbanı oldu - VİDEO

Azərbaycan millisi Litva ilə bacarmadı
25.03.2019, 20:00

Azərbaycan millisi Litva ilə bacarmadı

Havalar niyə soyuq keçir? - Baş hidroloq aydınlıq gətirdi   
25.03.2019, 17:48

Havalar niyə soyuq keçir? - Baş hidroloq aydınlıq gətirdi  

Azərbaycan - Litva: heyətlər açıqlandı
25.03.2019, 17:40

Azərbaycan - Litva: heyətlər açıqlandı

Tanıdığınız tanışlar: Məşhur yazarı tanıya bildiniz?..   
25.03.2019, 17:17

Tanıdığınız tanışlar: Məşhur yazarı tanıya bildiniz?..   

Universitetlər müəllimlərə nə qədər maaş verir...   
25.03.2019, 16:57

Universitetlər müəllimlərə nə qədər maaş verir...  

Əliyev Paşinyanla 29 martda bu şəhərdə görüşəcək
25.03.2019, 16:24

Əliyev Paşinyanla 29 martda bu şəhərdə görüşəcək

Bakıda mənzildən qadın meyiti tapılıb
25.03.2019, 16:23

Bakıda mənzildən qadın meyiti tapılıb

“Edam günü” bədii filminin növbəti uğuru
25.03.2019, 16:06

“Edam günü” bədii filminin növbəti uğuru

Zaur Darğalı Marneulidə mer olmaq uğrunda mübarizə aparacaq    
25.03.2019, 15:53

Zaur Darğalı Marneulidə mer olmaq uğrunda mübarizə aparacaq  

Əli İnsanov yeni təşkilat yaradır
25.03.2019, 15:48

Əli İnsanov yeni təşkilat yaradır

“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları Ağstafadan yola salındı
25.03.2019, 15:35

“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları Ağstafadan yola salındı

Türkiyədən ANONS: “Rusiya vətəndaşları daxili pasportla ölkəmizə gələ bilər”
25.03.2019, 15:18

Türkiyədən ANONS: “Rusiya vətəndaşları daxili pasportla ölkəmizə gələ bilər”

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı keçiriləcək
25.03.2019, 15:09

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı keçiriləcək

Silahlı şəxs 5 nəfəri güllələdi
25.03.2019, 15:05

Silahlı şəxs 5 nəfəri güllələdi

Sabunçuda bağ evlərindən oğurluq edən dəstə tutuldu
25.03.2019, 14:55

Sabunçuda bağ evlərindən oğurluq edən dəstə tutuldu

Türkiyəyə aparılan Eldar Sabiroğlu əməliyyat olunacaq - AÇIQLAMA
25.03.2019, 14:19

Türkiyəyə aparılan Eldar Sabiroğlu əməliyyat olunacaq - AÇIQLAMA

Azərbaycanda məhkum uşaq evindəki azyaşlı qardaşı ilə görüşdürüldü - FOTO   
25.03.2019, 14:02

Azərbaycanda məhkum uşaq evindəki azyaşlı qardaşı ilə görüşdürüldü - FOTO  

Gömrükçülər 2 avtomobildən 14 telefon aşkarladı - FOTO
25.03.2019, 13:39

Gömrükçülər 2 avtomobildən 14 telefon aşkarladı - FOTO

Timoşenko Poroşenkonu həbsxanaya salmaq istəyir
25.03.2019, 13:36

Timoşenko Poroşenkonu həbsxanaya salmaq istəyir

Ali məktəbələrə sənəd qəbulu davam edir - 10 gündə qeydiyyatdan keçənlərin sayı   
25.03.2019, 13:36

Ali məktəbələrə sənəd qəbulu davam edir - 10 gündə qeydiyyatdan keçənlərin sayı  

Fəzail Ağamalı: “Əli İnsanovun siyasi perspektivi yoxdur”   
25.03.2019, 13:21

Fəzail Ağamalı: “Əli İnsanovun siyasi perspektivi yoxdur”  

Azərbaycandakı tənha ahılların sayı AÇIQLANDI
25.03.2019, 13:07

Azərbaycandakı tənha ahılların sayı AÇIQLANDI

80 min Qarabağ veteranı Prezident təqaüdü alacaq
25.03.2019, 13:03

80 min Qarabağ veteranı Prezident təqaüdü alacaq

Ermənistanlı gənclər Qarabağda ölmək istəmirlər - “Azərbaycan vəziyyətdən istifadə etməlidir”
25.03.2019, 12:47

Ermənistanlı gənclər Qarabağda ölmək istəmirlər - “Azərbaycan vəziyyətdən istifadə etməlidir”

Paşinyan generallarla qapalı iclas keçirəcək
25.03.2019, 12:45

Paşinyan generallarla qapalı iclas keçirəcək

Azərbaycan hekayələri Fransada təqdim olundu
25.03.2019, 12:36

Azərbaycan hekayələri Fransada təqdim olundu

Danışan telefon   
25.03.2019, 12:24

Danışan telefon  

Sumqayıtda işıq kəsiləcək - SƏBƏB
25.03.2019, 12:16

Sumqayıtda işıq kəsiləcək - SƏBƏB

Sabahın hava proqnozu açıqlandı - Yağış, külək...   
25.03.2019, 12:06

Sabahın hava proqnozu açıqlandı - Yağış, külək...  

Siyasi “meyit”in dirçəlmək cəhdləri
25.03.2019, 11:59

Siyasi “meyit”in dirçəlmək cəhdləri

ARXİV