Modern.az

Azərbaycanda “Xocalı anaları” təşkilatı yaradıla bilər

Azərbaycanda “Xocalı anaları” təşkilatı yaradıla bilər

23 Fevral 2019, 15:53

"Srebranitsa anaları" Bakıda Xocalı şəhidlərinin xatirəsinə ucaldılan "Ana harayı" abidəsini ziyarət ediblər.

 

Modern.az xəbər verir ki, Parlement Jurnalistləri Birliyinin (PJB) təşəbbüsü ilə bu gün Bakıda "Srebranitsa anaları" ilə görüş keçirilib. Tədbidən sonra "Srebrenitsa anaları" "Ana harayı"abidəsini ziyarət ediblər.

PJB sədri Elşad Eyvazlı deyib ki, "Srebrenitsa anaları" soyqırımında bütün yaxınlarını itirmiş analardır:

 

"Onlar ötən il Bosniyada keçirilən "Böyüməyən uşaqlar" kitabının təqdimatında iştirak etdilər və elə o zaman Azərbaycana gəlmək istədiklərini bildirdilər. Təbii ki, biz onların bu təşəbbüsünü xoş qarşıladıq. Bakıya gələn "Srebrenitsa anaları" söz verdilər ki, Xocalı soyqırımının da ortaq dərdimiz kimi dünyaya tanıdılmasına dəstək göstərəcəklər.

 

Yeni layihələr də var və inanıram ki, böyük işlər görüləcək tədbirlər həyata keçiriləcək. Xocalı soyqırımının 27-ci ildönümündə onların ölkəmizə gəlib, bizə dəstək olması inanıram ki, dünya birliyinə bir mesajdır. Xocalı soyqırımı təkcə azərbaycanlıların, türklərin deyil, bütün dünyanın dərdidir. Bu istiqamətdə əhəmiyyətli işlər görüləcəyinə əminəm".

Azərbaycanda da "Xocalı anaları" adlı təşkilatın yaradılmasına gəlincə, E.Eyvazlı bu addımı istisna etməyib: "Analar Xocalıdan olan insanlarla, "25-lər"lə görüşəndə xahiş etdilər ki, Xocalı qadınlarından ibarət təşkilat yaradılsın. Onlar belə bir təşkilat yaradılarsa, yaxından dəstək ola biləcəklərini dilə gətirdilər. Bu təşəbbüs "25-lər"lə görüşdə də müzakirə olundu. Hesab edirəm ki, yaxın zamanda belə bir təşkilat yaradılacaq".

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı