Modern.az

Səməd Seyidov Ümumavropa Qarabağ mitinqindən DANIŞDI: “Çox böyük əhəmiyyət kəsb edir”

Səməd Seyidov Ümumavropa Qarabağ mitinqindən DANIŞDI: “Çox böyük əhəmiyyət kəsb edir”

23 Fevral 2019, 19:05

Dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü ilə fevralın 23-də Belçika Krallığının paytaxtı Brüssel şəhərindəki Lüksemburq meydanında izdihamlı Ümumavropa Qarabağ mitinqi keçirilib.

 

Aksiyaya Almaniya, Fransa, İtaliya, Polşa və Avropanın digər ölkələrində yaşayan soydaşlarımız, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvləri qatılıblar. Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində keçirilən mitinqdə iştirakçılar “Xocalıya ədalət!”, “Azərbaycan sülh istəyir!”, “Günahsız körpələri öldürməyin!”, “Erməni yalanlarına dur de!”, “İşğalı dayandır!”, “Qarabağa qayıtmaq istəyirik!”, “Dilqəmə və Şahbaza azadlıq!” və s. şüarlarla Avropa Parlamentinə və digər beynəlxalq təşkilatlara çağırış ediblər.

 

Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Modern.az-a bu gün Belçikanın paytaxtı Brüssel şəhərində keçirilən  Ümumavropa Qarabağ mitinqinin əhəmiyyətindən danışıb:

Səməd Seyidov hesab edir ki, belə bir mitinqlərin sayı gündən-günə, aydan-aya, ildən-ilə çoxalacaq:

“Ona görə ki, Azərbaycan həqiqətləri həm Avropada, həm dünyanın bütün başqa qitələrində həqiqəti özündə ehtiva edən tədbirlərə çevrilib. Bu gün biz Avropadan, Avstraliyadan, Amerikadan, Afrikadan, bütün başqa qitələrdən bu xəbərləri alırıq. Ancaq təbii ki, Avropa bizim üçün daha əhəmiyyətlidir”.

 

Komitə sədri bildirib ki, Azərbaycan-Avropa münasibətləri bu gün bizim üçün xüsusi strateji əhəmiyyət daşıyır:

“Azərbaycan həqiqətlərini  bütün vasitələrlə - həm diplomatik yollarla, həm iqtisadi layihələrlə, həm xalqın səsi, həm də diaspor  təşkilatlarının gücü ilə Avropaya çatdırmaq  çox böyük əhəmiyyət kəsb edən bir məsələdir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?