Modern.az

“Srebrenitsa anaları” “Ana harayı” abidəsini ziyarət etdilər - FOTOLAR

“Srebrenitsa anaları” “Ana harayı” abidəsini ziyarət etdilər - FOTOLAR

23 Fevral 2019, 20:02

Azərbaycanda səfərdə olan "Srebrenitsa anaları" Hərəkatının üzvləri  Bakıda Xocalı şəhidlərinin xatirəsinə ucaldılan "Ana harayı" abidəsini ziyarət ediblər.

 

Modern.az xəbər verir ki, "Srebrenitsa anaları" Hərəkatının və Parlement Jurnalistləri Birliyinin (PJB) təmsilçiləri ilə yanaşı, Xocalı soyqırımı qurbanlarının yaxınları da abidəni ziyarət edənlər arasında olub.

 

Qeyd edək ki, "Srebrenitsa Anaları" Hərəkatının üzvləri Parlament Jurnalistləri Birliyinin və Milli Məclisin deputatı, Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin təşəbbüsü ilə Azərbaycana gəliblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir