Modern.az

Brüsseldəki Ümumavropa Qarabağ mitinqi informasiya müharibəsi baxımından təsirli olacaq  

Brüsseldəki Ümumavropa Qarabağ mitinqi informasiya müharibəsi baxımından təsirli olacaq   

Diaspor

23 Fevral 2019, 20:23

Fevralın 23-də dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü ilə izdihamlı Ümumavropa Qarabağ mitinqi keçirilib. Belçika Krallığının paytaxtı Brüssel şəhərindəki Lüksemburq meydanında baş tutan aksiya siyasi və ictimai baxımdan mühüm əhəmiyyət kəsb edir.


Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Modern.az-a açıqlamasında mitinqi bu cür şərh edib:


"Brüsseldə "Xocalıya ədalət" çərçivəsində bu cür mitinqin keçirilməsi çox yaxşı təşəbbüsdür. Mitinqlə bağlı fotolara baxdım. Fotolardan da mitinqə nə qədər insanın qatıldığını müşahidə etdim. Hətta mitinqin iştirakçıları arasında xarici ölkələrdən olan vətəndaşlar da vardı. Bu baxımdan aktivlik gözəçarpan dərəcədə yüksəkdir. Hesab edirəm ki, bu il keçiriləcək tədbirlər daha təsiredici olacaq".


Tofiq Zülfüqarovun sözlərinə görə, aksiyaya digər aspektlərdən də baxmaq lazımdır və bu baxımdan belə informasiya müharibəsinin aparılması da çox önəmlidir:

"Qarabağın azadlığı təkcə cəbhədən silah yolu ilə başlamır. Təbii ki, bunun da zamanı gəlib çatacaq. Eyni zamanda, informasiya sahəsində də müharibə getməlidir. Ən azı ermənilərin təcrübəsinə nəzər salsaq görərik ki, onlar bu yolla təbliğatlarını qurublar. Torpaqlarımizı işğal edə-edə bəzən sülhdən danışirlar. Bu baxımdan informasiya müharibəsinin öz qanunları var. Brüsseldə baş vermiş hadisəyə - Ümumavropa Qarabağ mitinqinə hansı tərəfdən baxsaq, görəcəyik ki, çox uğurlu addımdır. Hesab edirəm ki, "Xocalıya ədalət" kampaniyası çərçivəsində aparılan şüar və proqram ardıcıl şəkildə həyata keçirilir və bu, davam etdirilməlidir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir