23 mart 2019, Şənbə
Ana Səhifə - REPORTAJ - Oyuncağını udub mədəsində əridən, 5 dildə anlayan “ağıllı itlər” - Kinoloji Mərkəzdən REPORTAJ
Oyuncağını udub mədəsində əridən, 5 dildə anlayan “ağıllı itlər” - Kinoloji Mərkəzdən REPORTAJ +
24.02.2019, 10:30

Nə qədər “qorxmuram” desək də, onlar hürdükcə ayaqlarımız əsir

 

Yolumuz Dövlət Gömrük Komitəsinin (DGK) Kinoloji Mərkəzinədir. Oxucularımızı DGK-nin təşkilatçılığı ilə baş tutan mediatur çərçivəsində qonaq olduğumuz və KİV nümayəndələrinin də böyük marağına səbəb olan Kinoloji Mərkəzə virtual səyahətə dəvət edirik. Bəzən insanlar əsəb və hirslərini göstərmək üçün bu heyvanları misal çəkir, “it kimi tuturdu”, “qanı it qanına dönmüşdü” və s. deyirlər. Amma buradakı sevimli küçüklər, vahiməli görünən çoban itləri misallardakı itlərə bənzəmir. Kinoloji Mərkəzə xüsusi təlim görmüş itlərin hürüşməsi sədaları altında daxil oluruq. Hamı özünü nə qədər möhkəm, ürəkli göstərməyə çalışsa da, qorxudan itlərin dəmir barmaqlıqlarla əhatə olunmuş yuvalarına belə, tam yaxınlaşa bilmir...

 

2003-cü ildə istifadəyə verilən Mərkəzin rəisi,  gömrük xidməti polkovniki İlkin Osmanovdan ətraflı məlumat alırıq. O qeyd edir ki, dörd hektar ərazini əhatə edən mərkəzin bazasında eyni vaxtda 100 baş xidməti it saxlamaq, onlara tibbi qulluq göstərmək və təlim vermək mümkündür. Mərkəzdə, həmçinin cins küçüklərin çoxaldılması, böyüdülməsi və saxlanılması da həyata keçirilir:

Əsas məqsəd narkotik vasitələrin, partlayıcı maddələrin, odlu silahların və döyüş sursatının axtarışı, iz, iy, eləcə də  bütün növ obyektlərin mühafizəsi üzrə itlərin hazılanmasıdır.

 

Azərbaycan 12 dövlətə xidməti itlər ianə edib

 

Hazırda Mərkəzdə 60 baş xidməti it saxlanılır:

“Bunlar alman çoban iti, malinua, holland çoban iti, “Golden Retriever”, “Labrador retriver”, “Cocker” və s. it cinsləridir. Onu da qeyd edim ki, Əqanıstan, Makedoniya, Gürcüstan, Toqo, Seneqal, Monqolustan, Rumınya, Türkiyə, Bolqarıstan, Qırğızıstan və digər ölkələrin kinoloji xidmətlərinin əməkdaşları bizim Mərkəzdə kurs keçiblər. Əməkdaşları bizdə kurs keçən 12 dövlətə xidməti axtarış itlərini ianə etmişik. Kinoloji Mərkəzdə təlim olunan itlər dəfələrlə müxtəlif yarışların qalibləri olub. Hətta "Layma" ləqəbli it 2003-cü ildə Bratislavada keçirilən 2-ci Avropa çempionatında baş mükafatı qazanıb”.

 

15 min avroluq itlər...

 

 

İ.Osmanov qeyd edir ki, xidmət üçün küçüklər Mərkəzin damazlıq və dölçülük bölməsində yetişdirilir:

“Cinsindən və çəkisindən asılı olaraq bir xidməti itin Avropada satış qiyməti 10-15 min avro arasındadır. Mərkəzdə bir itin saxlanma xərclərinə gəldikdə, bu da onun cinsindən və çəkisindən asılı olaraq, ildə 1000-2000 min manat arasında dəyişir. Kinoloji Mərkəzdə olan itlərin hamısı şimal, cənub, qərb sərhəd-keçid məntəqələrində, hava nəqliyyatı, Bakı Baş Gömrük İdarəsi, enerji, dəniz ticarəti və s. kimi yerlərdə xidmət göstərir. Əgər təhlükəsizlik baxımından hər hansı problem yaranıbsa, it dərhal Mərkəzə gətirilərək müayinə olunur və lazımi müdaxilələr edilir”.

 

“Ağıllı itlər” hansı səbəblərdən ölür?

 

 

Sən demə itlər də bu günün insanları kimi şəkər, təzyiq xəstəliklərdən əziyyət çəkirmiş. Polkovnik bildirir ki, il ərzində Məkəzdə maksimum 2 it müxtəlif səbəblərdən tələf olur:

“Buna itdə olan təzyiq, şəkər, ürək və böyrək çatışmazlığı kimi xəstəliklər, həmçinin xidmət zamanı aldığı xəsarətlər səbəb ola bilir. Ölən itlər əsasən 8-9 yaşlarında olur. Bir itin baxımından və saxlanma şəraitindən asılı olaraq orta yaşama dövrü 15-20 il, xidmət müddəti isə 8 ildir. Ümumiyyətlə, axtarış itləri normal olaraq ildə 2 dəfə attestasiyadan keçirilir. 8 yaşında komissiya daxilində attestasiya keçirilir, əgər xidməti it axtarışa yararlıdırsa, o balansda qalır. Yararlı deyilsə, xidmətdən uzaqlaşdırılır. Bir çox hallarda xidmətdən uzaqlaşdırılan itlər, onlarla 6-8 il çalışmış təlimçilərə müraciət edilən ərizə əsasında ianə olaraq verilir”.



“Quyruğu qapı arasında qalan it kimi...”

 

 

Müsahibimizlə söhbət zamanı o da məlum olur ki, el arasında “quyruğu qapı arasında qalan it kimi nə yaltaqlanır” ifadəsindən fərqli olaraq, Mərkəzdəki itlər məhz quyruqları qapı arasında qalanda təlimçilərə hücum edə bilər. Amma İ.Osmanovun sözlərinə görə, bu çox nadir baş verən haldır:

“Olubsa da buna hücum demək olmaz. Belə hal təlimçiylə it arasında olan anlaşılmazlıqdan baş verib. İt yuvasından çıxanda quyruğu, yaxud qulağı qapıda qala bilər, özünü qorumaq üçün diş ata bilər. Amma bu, normal haldır, ciddi hücum demək olmaz. Həm də təlimçilər təhlükəsizlik qaydalarını, bu kimi hallarda necə hərəkət edəcəklərini yaxşı bilirlər.

Ümumilikdə təlimçi ixtisası iki qrupa bölünür: ixtisasvermə və ixtisasartırma. İxtisasvermə ilkin mərhələdir. İxtisasartırmada təlimçilər tam olaraq püxtələşir və formalaşmış şəkildə fəaliyyətə başlayırlar. Əvvəllər onların hazırlanmasında xarici mütəxəssislərdən istifadə edilib, amma hazırda təlimçilərimizin hamısı yerli mütəxəssislərdir. Ümulikdə təlim prosesinin uğurlu alınmasındakı əsas amil sevgidir. İt ona sevgilə yanaşıldığını hiss etməlidir”.

 

Bu itlər ingilis, fransız, rus dillərini anlayır…

 

“Ançar” ləqəbli malinua çoban iti media nümayəndələrinə Mərkəzin təlim meydançasında narkotik vasitələri və digər qadağan edilən maddələri aşkarlamaq bacarığını nümayiş etdirir. İlkin Osmanov deyir ki, hər axtarış itinə gündə 2 saatdan bir 15-20 dəqiqədən bir fasilə verilir, gəzdirilir və yaxud su verilir, yem verilir: “Hər 4 saatdan bir isə yarım saat fasilə verilir. İki gün əvvəl cənub bölgəsində Astara sərhəd-keçid məntəqəsində xidməti axtarış itinin tətbiqi sayəsində 28 kq-dan artıq çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb”.

Ümumiyyətlə, bir itə 7-8 narkotik vasitənin iyini öyrətmək mümkündür. Təlimçilər 5 dildə- fransız, ingilis, alman, rus və Azərbaycan dilində əsas sözlərdən istifadə edərək itlərə təlim keçirlər. İtlərə axtar, uzan, olmaz, iylə, yanımda və s.bu kimi sözləri öyrədirlər. Bir itə istəkdən asılı olaraq 1 dil öyrədilə bilər.

İtlərin təlim müddəti onların axtardıqları subyektlərdən asılı olaraq dəyişir.  Narkotik maddələrin və psixotrop maddələrin tapılması üzrə axtarış itinə minimum 3 ay təlim keçirilməlidir. Əgər it silah-sursat, partlayıcı maddələr üzrə axtarışa cəlb olunacaqsa, təlim müddəti minimum 5 ay olmalıdır. Pul əskinaslarının axtarışı üçün təlimə təxminən 2,5 ay vaxt lazımdır. İtlər oyun sistemi ilə hazırlanırlar. Axtarış zamanı itlər aktiv və ya passiv reaksiya verə bilir. Aktiv reaksiya zamanı səs çıxarıb, cırmaq atıb, yeri qazdığı halda, passiv reaksiya zamanı narkotik vasitəni tapdığı yerə uzanır və yaxud oturur.

 

Əməliyyatdan son anda qurtulan it

 

 

Mərkəzdə müasir avadanlıqlarla təchiz olunmuş baytarlıq klinikası fəaliyyət göstərir ki, burada itlərin müayinə və müalicəsi üçün bütün imkanlar mövcuddur. Təxminən 3 ildir xidmət göstərən labrador cinsindən olan xidməti axtarış itlərindən birinin diş ərpinin təmizlənməsi əməliyyatını video-müşahidə vasitəsilə izləyirik. Söhbət əsnasında məlum olur ki, bu yaxınlarda itlərdən biri oynayarkən öz oyuncağını udub. İti əməliyyat etmək üçün müayinə etdikləri zaman oyuncağın itin mədəsində əridiyi müəyyənləşib.




 


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Sabahın havası - külək, yağış, qar
23.03.2019, 14:00

Sabahın havası - külək, yağış, qar

Ağcabədidə narkotik satan mütəşəkkil dəstə tutuldu
23.03.2019, 13:48

Ağcabədidə narkotik satan mütəşəkkil dəstə tutuldu

Rusiya Ukraynadakı prezident seçkilərinə HAZIRLAŞIR
23.03.2019, 13:41

Rusiya Ukraynadakı prezident seçkilərinə HAZIRLAŞIR

Bakıda vətəndaşa qarşı 1800 manatlıq dələduzluq edilib
23.03.2019, 13:30

Bakıda vətəndaşa qarşı 1800 manatlıq dələduzluq edilib

Binəqədidə yol bağlandı
23.03.2019, 13:25

Binəqədidə yol bağlandı

Evlərə qənim kəsilən 4 oğru tutuldu
23.03.2019, 12:36

Evlərə qənim kəsilən 4 oğru tutuldu

Moskva xatirələri - III HİSSƏ  
23.03.2019, 12:33

Moskva xatirələri - III HİSSƏ  

Səfir: “Pakistandan Azərbaycana gələn turistlərin sayı artıb”
23.03.2019, 12:24

Səfir: “Pakistandan Azərbaycana gələn turistlərin sayı artıb”

Əfqanıstanda terror - 7 nəfər öldü
23.03.2019, 12:06

Əfqanıstanda terror - 7 nəfər öldü

Astananın adı dəyişdi - Nur-Sultan oldu
23.03.2019, 11:40

Astananın adı dəyişdi - Nur-Sultan oldu

Dünyanı qorxudan raketlər poliqonlara yeridildi - Amerika bu silahlardan qoruna bilməyəcək 
23.03.2019, 11:28

Dünyanı qorxudan raketlər poliqonlara yeridildi - Amerika bu silahlardan qoruna bilməyəcək 

Araq, serroz və son rol - Səməndər Rzayevin ÖMÜR YOLU
23.03.2019, 11:18

Araq, serroz və son rol - Səməndər Rzayevin ÖMÜR YOLU

Gəncə-Bakı reysinə dəyişiklik
23.03.2019, 11:04

Gəncə-Bakı reysinə dəyişiklik

Amerikanın azərbaycanlı müəllimi
23.03.2019, 10:54

Amerikanın azərbaycanlı müəllimi

Azərbaycanlı əsir, girov və itkinlər... - Mart ayının rəsmi STATİSTİKASI   
23.03.2019, 10:40

Azərbaycanlı əsir, girov və itkinlər... - Mart ayının rəsmi STATİSTİKASI  

Azərbaycan deputatları ABŞ-a getdilər
23.03.2019, 10:22

Azərbaycan deputatları ABŞ-a getdilər

Merkellə Tramp telefonda müzakirə apardı
23.03.2019, 09:56

Merkellə Tramp telefonda müzakirə apardı

Bu gün Avro-2020-nin seçmə mərhələsində I tur yekunlaşacaq - TƏQVİM   
23.03.2019, 09:52

Bu gün Avro-2020-nin seçmə mərhələsində I tur yekunlaşacaq - TƏQVİM  

Məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyasında qərb bölgəsinə getdilər
23.03.2019, 09:51

Məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyasında qərb bölgəsinə getdilər

Cəbhədə erməni təxribatı...
23.03.2019, 09:49

Cəbhədə erməni təxribatı...

Quran niyə hər yerdə ərəbcə oxunur...   
23.03.2019, 09:44

Quran niyə hər yerdə ərəbcə oxunur...  

Avropa Çempionatının seçmə mərhələsində daha 7 oyun - NƏTİCƏLƏR   
23.03.2019, 09:38

Avropa Çempionatının seçmə mərhələsində daha 7 oyun - NƏTİCƏLƏR  

İsrail hərbçiləri ilə fələstinlilər arasında qarşıdurma: 2 nəfər öldü
23.03.2019, 00:12

İsrail hərbçiləri ilə fələstinlilər arasında qarşıdurma: 2 nəfər öldü

Zaqatalada canavarlar 40-dan çox  heyvanı parçaladı
22.03.2019, 23:57

Zaqatalada canavarlar 40-dan çox  heyvanı parçaladı

Avropadakı aksiyada Quranı yandırdılar - VİDEO
22.03.2019, 23:41

Avropadakı aksiyada Quranı yandırdılar - VİDEO

Türkiyədə ABŞ dolları kəskin bahalaşdı
22.03.2019, 23:23

Türkiyədə ABŞ dolları kəskin bahalaşdı

Şəkidə tütün əkini sahələri 153 hektar artırılacaq
22.03.2019, 23:11

Şəkidə tütün əkini sahələri 153 hektar artırılacaq

Xınalıq yolunda hərəkət bərpa olundu
22.03.2019, 22:54

Xınalıq yolunda hərəkət bərpa olundu

ABŞ Suriyanın terrorçulardan təmizləndiyini açıqladı
22.03.2019, 22:35

ABŞ Suriyanın terrorçulardan təmizləndiyini açıqladı

Kasprşik Paşinyanla Qarabağ münaqişəsini müzakirə etdi
22.03.2019, 22:19

Kasprşik Paşinyanla Qarabağ münaqişəsini müzakirə etdi

Fransada etirazçılar güllələnə bilər
22.03.2019, 22:01

Fransada etirazçılar güllələnə bilər

Mülki vertolyotun qəzaya uğraması nəticəsində iki nəfər öldü
22.03.2019, 21:44

Mülki vertolyotun qəzaya uğraması nəticəsində iki nəfər öldü

Ayfon istifadəçiləri üçün yenilik
22.03.2019, 21:26

Ayfon istifadəçiləri üçün yenilik

Turistləri daşıyan avtobus yandı
22.03.2019, 21:11

Turistləri daşıyan avtobus yandı

ABŞ-dan İrana qarşı yeni sanksiyalar
22.03.2019, 20:53

ABŞ-dan İrana qarşı yeni sanksiyalar

Adil Əliyev Bakı məktəbi ilə “qardaşlaşan” Ankara məktəbinə getdi - FOTOLAR
22.03.2019, 20:46

Adil Əliyev Bakı məktəbi ilə “qardaşlaşan” Ankara məktəbinə getdi - FOTOLAR

Ağakərimin müalicədən sonra yeni görüntüsü yayıldı - FOTO
22.03.2019, 20:38

Ağakərimin müalicədən sonra yeni görüntüsü yayıldı - FOTO

Azərbaycan qazının Avropaya nəqlində növbəti mərhələ
22.03.2019, 20:28

Azərbaycan qazının Avropaya nəqlində növbəti mərhələ

Suriyada onlarla insanı qətlə yetirən şəxs tutuldu
22.03.2019, 20:16

Suriyada onlarla insanı qətlə yetirən şəxs tutuldu

“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırılanlar məlum oldu    
22.03.2019, 20:15

“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırılanlar məlum oldu  

Azərbaycanda böyrək köçürülənlərin sayı AÇIQLANDI
22.03.2019, 20:00

Azərbaycanda böyrək köçürülənlərin sayı AÇIQLANDI

İran XİN başçısı Türkiyəyə getdi
22.03.2019, 17:29

İran XİN başçısı Türkiyəyə getdi

Nazirlik sudan istifadə ilə bağlı əhaliyə xəbərdarlıq etdi
22.03.2019, 16:59

Nazirlik sudan istifadə ilə bağlı əhaliyə xəbərdarlıq etdi

Axtarışda olan şəxs saxlanıldı
22.03.2019, 16:01

Axtarışda olan şəxs saxlanıldı

Balakən sakininin evindən silah və narkotik tapıldı
22.03.2019, 15:26

Balakən sakininin evindən silah və narkotik tapıldı

Niderlandda nanotexnologiya şirkət yaradan azərbaycanlı
22.03.2019, 15:00

Niderlandda nanotexnologiya şirkət yaradan azərbaycanlı

Azercell əmək sərgisində
22.03.2019, 14:48

Azercell əmək sərgisində

Ərdoğan Trampın Colan təpələrinə dair bəyanatını sərt tənqid etdi
22.03.2019, 14:12

Ərdoğan Trampın Colan təpələrinə dair bəyanatını sərt tənqid etdi

Sabahın hava PROQNOZU
22.03.2019, 13:23

Sabahın hava PROQNOZU

I qrup əlillərə Prezident təqaüdü veriləcək
22.03.2019, 13:19

I qrup əlillərə Prezident təqaüdü veriləcək

ARXİV