25 mart 2019, Bazar ertəsi
Ana Səhifə - REPORTAJ - “Abdullah Öcalan, məmləkətə xoş gəldin!” - PKKbaşı necə yaxalanmışdı… - VİDEO
“Abdullah Öcalan, məmləkətə xoş gəldin!” - PKKbaşı necə yaxalanmışdı… - VİDEO
24.02.2019, 18:21

Ruslan Məmmədzadə

Heç ağlıma gəlməzdi ki, nə vaxtsa həvəsə gəlib terror təşkilatı PKK-nın (Kürdüstan İşçilər Partiyası) lideri Abdullah Öcalan (ləqəbi Apo) haqda bu uzunluqda yazı yazaram.

Onun tutulmasıyla bağlı bir çox versiyalar, nə bilim miflər-filan var, ancaq dəqiq bilirəm ki, hər şey aşağıda yazdığım kimi olub.

Abdullah Öcalan məsələsinə görə, Türkiyə Suriyanı artıq açıq mətnlə müharibəylə hədələyirdi. Bu hədələrin ən pik vaxtında, o vaxtkı Misir prezidenti Hüsnü Mübarəkin Türkiyəyə rəsmi səfəri baş tutur. Səfər zamanı Hüsnü Mübarək, türk rəsmilərinin Suriyayla müharibə etmək istəyinin nə qədər ciddi olduğunu görür və vasitəçi olmaq qərarına gəlir.

H.Mübarək elə Ankaradan Suriyanın o zamankı prezidenti Hafiz Əsədə zəng vurur. (İndiki Suriya prezidenti Bəşər Əsədin atası). Ona deyir ki, "ölkəmə qayıdan zaman yolüstü Dəməşqdən keçmək istəyirəm, mümkünsə səninlə elə hava limanındaca bir az söhbət edək". Hafiz Əsəd razılaşır.

Hava limanında baş tutan görüşdə Hüsnü Mübarək Hafiz Əsədi xəbərdar edir ki, "bu türkləri sən ciddiyə al, adamlar həqiqətən sənə müharibə elan edəcəklər. Bir Öcalandan ötrü buna dəyməz". Bunları deyir və çıxıb gedir Misirə.

Vəziyyətin ciddiliyini anlayan Hafiz Əsəd Suriya təhlükəsizlik xidmətinin rəhbərinə Öcalanla bağlı tapşırıq verir. Tapşırığı alan general Öcalanla görüşür. Aralarında qısa dialoq olur.

- Abdullah, səncə Türkiyə sənə görə bizə müharibə elan edər?
- Məncə edər.
- Səncə hansı istiqamətdən hücum edər ?
- Dəqiq bir şey deyə bilmərəm, ancaq, onlardan nə desən gözləmək olar.
- Səncə çıxış yolu nədir ?
Fikrə gedən Öcalan artıq hər şeyi başa düşür və cavab verir:
- Məncə, mən Suriyanı tərk etməliyəm, ya İraq dağlarına getməliyəm, ya da Avropaya.

İkinci variant, yəni Avropa seçilir. Saxta bir pasportla, özəl bir təyyarəylə Öcalan Suriyadan yola salınır. Təyyarə Yunanıstanın paytaxtı Afinaya enir.

Aləm dəyir bir-birinə. Öcalan Yunanıstandan sığınacaq istəyir. 6 saat davam edən danışıqlardan sonra yunan höküməti Öcalana rədd cavabı verir. Öcalanla görüşən yunan rəsmisi açıq şəkildə bildirir ki, "səni qəbul etsək, bu, Yunanıstanın Türkiyəyə savaş açması anlamına gələr. Aramızda olan problemləri nəzərə alaraq, biz bunu qəti şəkildə edə bilmərik. Ancaq sənə təyyarə verib istədiyin yerə getməyə icazə verərik”.

Bundan sonra Öcalan Rusiya Liveral Demokrat Partiyasının sədri., deputat Vladimir Jirinovskiyə zəng edir və Rusiyaya gəlmək istədiyini ona bildirir. Ruslardan müsbət cavab alan Öcalan təyyarəylə Moskvaya gəlir və xüsusi xidmət orqanlarının köməkliyiylə "yoxa" çıxır.
Öcalanın hər addımını izləyən Türkiyə Apo Rusiyada "yoxa" çıxdıqdan dərhal sonra president Boris Yeltsinə və baş nazir Yevgeni Primakova təzyiqlər, xahişlər etməyə başlayır. Bu təzyiq və xahişlərdən sonra Rusiya mövqeyini dəyişir, 33 gün Rusiya ərazisində gizlənən və haqqında heç bir izə rastlanmayan Öcalan adi "Aeroflot" reysi ilə İtaliyanın paytaxtı Romaya yola salınır.

Romaya gələn Öcalan orada həbs olunur. Həbsinə səbəb isə Almaniyanın Öcalanı axtarışa verməsi olur. Belə ki, alman məhkəməsi Öcalanı iki adamın ölümündə günahlandırmış və haqqında axtarış elan edibmiş. Ancaq burada qəribə hadisə baş verir. Avropalılar almanların timsalında bir daha sübut edirlər ki, qanunlar özlərinə sərf etməyəndə tualet kağızından başqa bir şey deyildir.

İtaliya rəsmiləri Almaniyaya müaraciət edirlər ki, “sizin axtarışa verdiyiniz adam, yəni Öcalan əlimizdədir və onu  təhvil verməyə hazırıq”. Maraqlısı da elə burda baş verir. Almanlar heç bir qanuna sığmayan bir qərar verirlər. Axtarışa verdikləri adamı istəmədiklərini söyləyirlər. Axı Öcalan kimi “bomba” onların nəyinə lazımdır...

Bu cavabdan sonra, italyan məhkəməsi Öcalanı Türkiyəyə vermək əvəzində sərbəst buraxır. İtaliya kommunistləri Öcalan üçün bir villa tutur və o, orada yaşamağa başlayır. İtaliya rəsmiləri bu qərarı onunla izah edirlər ki, ölkə qanunvericiliyinə görə, həbs olunmuş şəxs edam cəzası olan bir dövlətə (o zaman Türkiyədə edam cəzası var idi) təhvil verilə bilməz. Türkiyə rəsmilərinin Öcalanı edam etməyəcəkləri haqda təminatlarının da heç bir xeyri olmur.

Vəziyyəti belə görən Türkiyə xüsusi xidmət orqanı – MİT (Milli İstihbarat Təşkilatı) və Ordu rəhbərliyi müştərək bir plan hazırlayır. Plana əsasən, Öcalanın qaldığı villa havaya uçurulacaqdı. Hazırlanmış plan Baş nazir Bülent Ecevitə təqdim olunur. 20 noyabr 1998 -ci il tarixində Baş nazir planı təsdiq edir. Plan təsdiq üçün prezident Süleyman Dəmirələ də göndərilir. 28.10.1998 tarixində Süleyman Dəmirəl də planı təsdiq edir.

Bundan sonra türk xəfiyyələri Öcalanın yaşadığı villanın lap yaxınlığında bir ev kirələyirlər. Lazım olan bütün avadanlıqlar ora daşınır. Ancaq plan çox riskli idi. Villaya iki tərəfdən - dənizdən və yaxınlıqda tutulan evdən hücum olacaqdı və bu əməliyyat 15 dəqiqə ərzində yekunlaşmalı idi. Hər şey hazır olanda Türkiyə ABŞ-a,"əməliyyatı birgə həyata keçirək”  müraciətini edir.

Rəsmi Vaşinqton və MKİ (Mərkəzi Kəşfiyyat İdarəsi) bundan dərhal imtina edir. Ancaq bu rədd cavabına baxmayaraq, ABŞ anlayır ki, gözü qanla dolmuş Türkiyə nə İtaliya hərləyir, nə Yunanıstan, nə də NATO və istədiyini edəcək. Bundan sonra ABŞ İtaliyaya təzyiq edir və bunun nəticəsi olaraq rəsmi Roma Öcalana şərt qoyur - ya ölkəmizi tərk et, ya da həbs olunacaqsan.

Öcalan yenidən təyyarəyə minib Rusiyaya üz tutur. Bu dəfə ruslar Öcalanı bir müddətlik Tacikistandakı Rusiya Hərbi Hava Qüvvələrinə məxsus bir hərbi bazada qonaq edirlər. Ancaq qısa aradan sonra özəl bir təyyarəylə yenidən Yunanıstana yola salırlar.

Afinada yenidən gərginlik yaşanır. Yunanıstan hakimiyyəti dönəmin xarici işlər naziri Toadoros Pangalosa nəyin bahasına olursa olsun Öcalanın Yunanıstandan yola salınması tapşırığını verir, özü də hər hansı bir Afrika ölkəsinə. Yunanıstan xarici işlər naziri Cənubi Afrika Respublikası (CAR) rəsmiləriylə əlaqə qurur və danışıqların sonunda CAR rəsmiləri Öcalanı qəbul edib, sığınacaq verəcəklərinə söz verir.

Bundan sonra yunanlar Öcalana Lazarooz Maoroz ismi ilə yeni pasport verirlər, yanına iki PKK-çı qoşub təyyarəylə CAR-a yola salırlar. Təyyarə yarı yolda olanda, CAR-ın o zamankı prezidenti Nelson Mandella yunan rəsmilərinə bildirir ki, fikrini dəyişib və Öcalanı qəbul etməyəcəklər. Sonradan məlum olacaqdı ki, CAR rəsmilərinin belə bir mövqe dəyişiminə səbəb, ABŞ-ın təzyiqləri olub.

Bundan sonra Öcalanın təyyarəsi Keniyanın paytaxtı Nayrobidə yerə enir və Apo oradakı Yunanıstan səfirliyinə gətirilir. Öcalan səfirlikdə 13 gün qalır və nə olursa, bu 13 gündə olur...


Keniyada Öcalanın izini itirən Türkiyə İstihbaratı İsrailə müraciət edir. Ancaq heç bir nəticə əldə olunmur. Deyilənlərin əksinə olaraq, İsrail xüsusi xidməti, MOSSAD türklərə heç bir yardım göstərmir. Türklər axtarışları davam etdirirlər. Bu zaman ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Türkiyə mərkəzinin şefi, (“Kurtlar Vadisi”ndəki, Aroon Feller kimi birisi) türk MİT müstəşarı Şenkal Atasaqundan görüş istəyir. Təklif qəbul olunur və görüş baş tutur.

MKİ-nin Türkiyə şefi MİT rəsmisiylə görüşə əlində imzasız-möhürsüz bir kağızla gəlir və onu qarşı tərəfə təqdim edir. Kağızda Öcalanın necə tutulub aparılması haqda bütün detallar ən xırdalığına kimi yazılmışdı. Hansı tip təyyarədən istifadə olunmasından tutmuş, nə cür qandalın vurulmasına qədər. Detallar içində Öcalanın təyyarəyə mindiyə andan kameraya çəkilməsi də daxil, təyyarədə xüsusi həkimin olmasına qədər bir çox şeylər yazılmışdı. Amerikalı qonaq Türkiyə rəsmisinə bildirir ki, ABŞ dövləti sizə yardım etmək haqqında qərar verib, sadəcə kicik şərtlər var. Bunlar aşağıdakılardır:

1) Öcalan tutulan an, ya da təyyarədə olarkən öldürülməyəcək.
2) Öcalan ədalətli məhkəmə qarşısına çıxarılacaq.

Bunları dinləyən Türkiyə rəsmisi təkbaşına qərar verə bilməyəcəyini deyir və dövlət böyükləriylə məsləhətləmək üçün vaxt istəyir. Amerikalı razılaşır. 2 saatdan sonra Baş nazir və Prezidentdən razılıq alan türk istihbaratçısı geri qayıdır və dəstək üçün amerikalıya təşəkkür edib onların yardımını qəbul etdiklərini söyləyir......... və başlanır nə başlanır ....

Türkiyə 250 min dollara təyyarə kirayəyə götürür, təyyarənin Türkiyəyə aid ola biləcəyini göstərən bütün işarələr silinir. Antalyadan havaya qalxacaq təyyarəyə ekipaj üzvlərindən savayı 6 türk xüsusi təyinatlısı və üstlərində peyk telefonu olan 3 MKİ agenti minir. Təyyarə əvvəlcədən planlaşdırıldığı kimi Uqandaya enir, oradan yanacaq götürdükdən sonra Keniyanın paytaxtı Nayrobi hava limanının ən ucqar bir yerinə eniş edib, işıqlarını söndürüb gözləməyə başlayır........... nə az nə çox, düz 5 saat.

Bu arada Türkiyə rəsmiləri nədən amerikanın birdən-birə onlara kömək etmələri haqda düşünməyə başlayırlar. Hər hansı bir oyundan ehtiyatlanan türklər amerikalılarla əlaqə saxlayırlar. Amerikalıların cavabı onları tam qane etdir. Belə ki, ABŞ, Türkiyəylə, Yunanıstanın müharibə edə biləcəyindən və bunun da NATO-nun parçalanmasına səbəb olacağından qorxub bu yardımı etmək qərarına gəlibmiş...

...Qayıdaq Keniyaya. ABŞ Yunanıstan və Keniya rəsmilərinə təzyiq edir. Yunanlara Öcalanın təhvil verməli olduqları anladılır. Yunanlar bunu anlayır. Bundan sonra Keniya polisi Yunanıstan səfirliyinə gəlir və Öcalanı aparmaq istədikləini bildirir. Səfirlik işçiləri Öcalana onun getməli olduğunu bildirirlər. Öcalanın yanındakı 2 PKK-çı dirənməyə başlayır, səfirlikdə ələ keçirdikləri silahla səfirlik binasının bir mərtəbəsini zəbt edirlər. Ancaq səfirlik işçiləri Öcalanı Hollandiyaya yola salacaqlarına inandıra bilirlər və PKKbaşı yanında 3 keniyalı polislə avtomobilə mindirilərək, hava limanı istiqamətinə yola salınır.

Maşın hava limanına daxil olur və gözləyən bir təyyarənin yaxınlığında dayanır. Polislər "düş get, o təyyarə səni gözləyir, Hollandiyaya uçacaqsan" deyirlər və Öcalan heç nədən şübhələnmədən maşından düşür, "şey-şüyünü" götürüb təyyarəyə tərəf addımlayır. Təyyarənin pilləkənlərində onu sarıyanız, bir neçə dildə danışa bilən türk xüsusi təyinatlısı qarşılayır. Öcalan pilləkənləri qalxır və təyyarəyə daxil olur və bu an onun üstünə 3 türk xüsusi təyinatlısı atılır, qandallar taxılır... vəssalam-şüttəmam. Öcalan anlayır ki, 4 aya yaxın davam edən "siçan-pişik oyunu" burada sona çatdı.

P.S. Mən Öcalanın həbsi videosuna baxmışam, orda mənə ən çox ləzzət edən məqam, təyyarə Türkiyə hava məkanına girən zaman xüsusi təyinatlının "Abdullah Öcalan, məmləkətə xoş gəldin!" deməsi idi...


VIDEO
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Bağdadi ilə bağlı yeni iddia
25.03.2019, 00:37

Bağdadi ilə bağlı yeni iddia

“Bizim ayıblarımızı diktatura rejimi örtürmüş” - Brilliant Dadaşova, VİDEO
25.03.2019, 00:28

“Bizim ayıblarımızı diktatura rejimi örtürmüş” - Brilliant Dadaşova, VİDEO

Azərbaycanın rəqibləri xal qazandı
25.03.2019, 00:01

Azərbaycanın rəqibləri xal qazandı

“Qırmızı Körpü”də külli miqdarda siqaret və kürü tutuldu
24.03.2019, 23:40

“Qırmızı Körpü”də külli miqdarda siqaret və kürü tutuldu

Fəhlə Oğuzda işlədiyi tikintidə öldü
24.03.2019, 23:23

Fəhlə Oğuzda işlədiyi tikintidə öldü

Rusiya Qazaxıstana şans vermədi
24.03.2019, 23:01

Rusiya Qazaxıstana şans vermədi

NATO baş katibi  Gürcüstanda
24.03.2019, 22:44

NATO baş katibi  Gürcüstanda

Goranboyda azyaşlının üstünə qaynar su töküldü
24.03.2019, 22:20

Goranboyda azyaşlının üstünə qaynar su töküldü

“Taliban”ın hücumu nəticəsində 10 hərbçi öldü
24.03.2019, 22:03

“Taliban”ın hücumu nəticəsində 10 hərbçi öldü

“Azərbaycan köçkünlərin Qarabağa qayıdışına dair sülhün imzalanacağına ümid edir” – İcma sədri
24.03.2019, 21:37

“Azərbaycan köçkünlərin Qarabağa qayıdışına dair sülhün imzalanacağına ümid edir” – İcma sədri

Rumıniya İsraildəki səfirliyini Qüdsə köçürür
24.03.2019, 21:15

Rumıniya İsraildəki səfirliyini Qüdsə köçürür

“Neftçi”nin çempion olacağı barədə mənə heç nə deyilməyib” – Qurban Qurbanov
24.03.2019, 21:01

“Neftçi”nin çempion olacağı barədə mənə heç nə deyilməyib” – Qurban Qurbanov

Hakim partiya İstanbulda izdihamlı mitinq keçirdi
24.03.2019, 20:46

Hakim partiya İstanbulda izdihamlı mitinq keçirdi

Finlandiyada Novruz bayramı qeyd edildi - FOTO
24.03.2019, 20:34

Finlandiyada Novruz bayramı qeyd edildi - FOTO

Bakıda dənizdə batan şəxs xilas edildi
24.03.2019, 20:19

Bakıda dənizdə batan şəxs xilas edildi

Eldar Sabiroğlu təcili Türkiyəyə aparıldı
24.03.2019, 20:02

Eldar Sabiroğlu təcili Türkiyəyə aparıldı

Gözlər yoldan yığılarmı... - XII YAZI   
24.03.2019, 19:47

Gözlər yoldan yığılarmı... - XII YAZI  

Millimizin baş məşqçisi: “Bizi bu sensasiyadan cəmi 10 dəqiqə ayırdı”   
24.03.2019, 19:31

Millimizin baş məşqçisi:Bizi bu sensasiyadan cəmi 10 dəqiqə ayırdı”  

Keçmiş məhkumlar Əli İnsanovun başına toplaşdılar - FOTO  
24.03.2019, 19:19

Keçmiş məhkumlar Əli İnsanovun başına toplaşdılar - FOTO  

Deputatlar QHT sədri ola, qrant ala bilməz? - Hüquqşünas AYDINLIQ GƏTİRDİ   
24.03.2019, 19:03

Deputatlar QHT sədri ola, qrant ala bilməz? - Hüquqşünas AYDINLIQ GƏTİRDİ  

Mixail Saakaşvilinin partiyasına yeni sədr seçildi   
24.03.2019, 18:54

Mixail Saakaşvilinin partiyasına yeni sədr seçildi  

Mir Şahinin 1 yaşlı “Real”ı
24.03.2019, 17:27

Mir Şahinin 1 yaşlı “Real”ı

Finlandiya XİN rəhbərinə hücum etmək istəyiblər
24.03.2019, 17:25

Finlandiya XİN rəhbərinə hücum etmək istəyiblər

Gürcüstanda yaşayan azərbaycanlı icra başçısı vəzifəsinə namizəddir
24.03.2019, 17:09

Gürcüstanda yaşayan azərbaycanlı icra başçısı vəzifəsinə namizəddir

Azərbaycan və BP Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilərlər
24.03.2019, 17:02

Azərbaycan və BP Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilərlər

Bakıdan gedən qatarı bəy-gəlin qarşıladı - Fotolar
24.03.2019, 16:06

Bakıdan gedən qatarı bəy-gəlin qarşıladı - Fotolar

Əli İnsanov: “Cənab prezident! Qarşınızda xəcalət çəkirəm” - MÜRACİƏT
24.03.2019, 15:44

Əli İnsanov: “Cənab prezident! Qarşınızda xəcalət çəkirəm” - MÜRACİƏT

Ermənistanda analar oğullarını Qarabağa göndərmək istəmirlər - ETİRAZ
24.03.2019, 15:38

Ermənistanda analar oğullarını Qarabağa göndərmək istəmirlər - ETİRAZ

Postsovet məkanından olan 3 veteran terrorçunu ölüm haqladı
24.03.2019, 15:35

Postsovet məkanından olan 3 veteran terrorçunu ölüm haqladı

Məşhur meyxanaçı Aydın Xırdalanlı dəfn edildi
24.03.2019, 15:22

Məşhur meyxanaçı Aydın Xırdalanlı dəfn edildi

Almaniyalı alim: “Erməni konyakını əslində Tovuzda yaşayan almanlar yaradıb”
24.03.2019, 14:47

Almaniyalı alim: Erməni konyakını əslində Tovuzda yaşayan almanlar yaradıb

Nazarbayev yenidən prezident ola bilər
24.03.2019, 14:36

Nazarbayev yenidən prezident ola bilər

Qəzaya uğrayan gəmidən 338 nəfər təxliyə edilib
24.03.2019, 14:30

Qəzaya uğrayan gəmidən 338 nəfər təxliyə edilib

"Ola bilsin, Allah Trampı İsraili xilas etmək üçün göndərib..."
24.03.2019, 14:19

"Ola bilsin, Allah Trampı İsraili xilas etmək üçün göndərib..."

Türkiyədə hərbçilər qəzaya uğrayıb, ölən və yaralananlar var
24.03.2019, 13:47

Türkiyədə hərbçilər qəzaya uğrayıb, ölən və yaralananlar var

Hava yenə PİSLƏŞƏCƏK – Bakıda yağış, bölgələrə qar yağacaq
24.03.2019, 13:20

Hava yenə PİSLƏŞƏCƏK – Bakıda yağış, bölgələrə qar yağacaq

Çin Pakistana 2,1 milyard dollar kredit verir
24.03.2019, 13:12

Çin Pakistana 2,1 milyard dollar kredit verir

Zakir Həsənov ABŞ-a gedir
24.03.2019, 13:03

Zakir Həsənov ABŞ-a gedir

Füzulidə qatarla minik avtomobili toqquşub, ölən var 
24.03.2019, 12:10

Füzulidə qatarla minik avtomobili toqquşub, ölən var 

Təbii fəlakətdə ölənlərin sayı 732-yə çatdı
24.03.2019, 11:43

Təbii fəlakətdə ölənlərin sayı 732-yə çatdı

Prezident İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib
24.03.2019, 11:29

Prezident İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib

Azərbaycan bu ölkə ilə viza müqaviləsi imzaladı
24.03.2019, 11:04

Azərbaycan bu ölkə ilə viza müqaviləsi imzaladı

ABŞ-da atışma: 1 ölü, 3 yaralı
24.03.2019, 10:49

ABŞ-da atışma: 1 ölü, 3 yaralı

Qəbələdə yaşayış evində partlayış: 4 nəfər xəsarət alıb
24.03.2019, 10:35

Qəbələdə yaşayış evində partlayış: 4 nəfər xəsarət alıb

Atəşkəs 23 dəfə pozulub
24.03.2019, 10:14

Atəşkəs 23 dəfə pozulub

Bu gün Avro-2020-nin 10 oyunu keçiriləcək - TƏQVİM   
24.03.2019, 10:05

Bu gün Avro-2020-nin 10 oyunu keçiriləcək - TƏQVİM  

İndoneziyada 6 bal gücündə zəlzələ
24.03.2019, 09:55

İndoneziyada 6 bal gücündə zəlzələ

Bəndin dağılması zamanı ölənlərin sayı 212-yə çatıb
24.03.2019, 09:50

Bəndin dağılması zamanı ölənlərin sayı 212-yə çatıb

Bu yol Qarabağın Ermənistana birləşdirilməsinə aparır
24.03.2019, 09:42

Bu yol Qarabağın Ermənistana birləşdirilməsinə aparır

Avro 2020 yolunda növbəti matçlar - NƏTİCƏLƏR
24.03.2019, 09:29

Avro 2020 yolunda növbəti matçlar - NƏTİCƏLƏR

ARXİV