Modern.az

Azercell bu il də ənənəsinə sadiq qaldı

Azercell bu il də ənənəsinə sadiq qaldı

9 Dekabr 2011, 12:12

Şirkət “Onlar da hədiyyə gözləyirlər…” layihəsini davam etdirir


Yeni il bayramını hər kəs səbirsizliklə gözləyir. Sanki hər kəs bu bayramdan nəsə bir möcüzə umur. Özəlliklə uşaqlar üçün bu bayram arzuların həyata keçməsi, xəyalların gerçəkləşməsidir. Yolka ağaclarının altında il boyu arzuladıqları hədiyyələri tapmaq onların  bayram sevincini ikiqat artırır. Şaxta babadan hədiyyə aldıqlarını güman edən balacalar növbəti ilə qədər bu gözəl təəssüratların təsiri altında olurlar.  Amma çox təəssüf ki, cəmiyyətimizdə hər uşaq bu sevinci yaşaya bilmir. Valideyn himayəsindən məhrum olan uşaqlar məhz bayram günlərində  kimlərinsə onları yada salmasını çox arzulayırlar. Əslində bu balacaların belə arzularını yerinə yetirmək hər bir azərbaycanlının vətəndaşlıq borcu olmalıdır. Vətəndaşlıq mövqeyini hər zaman hər şeydən üstün tutan və fəaliyyətə başladığı gündən uşaqlarla bağlı ölkəmizdə analoqu olmayan layihələrə imza atan ölkənin bir nömrəli mobil operatoru Azercell Telekom bu il də ənənəsinə sadiq qalıb. Şirkət ötən ildən start verdiyi “Onlar da hədiyyə gözləyirlər” layihəsini bu il də davam etdirir. Belə ki Azercell “Park Bulvar” alış-veriş mərkəzinin özəl olaraq bu layihə üçün ayırdığı yerlərdə valideyn himayəsindən məhrum olan uşaqların Yeni İl arzularını gerçəkləşdirmək niyyətindədir. Uşaqlar üçün nəzərdə tutulan hədiyyələrin adı qeyd olunan açıqcalar hal-hazırda “Park Bulvar” alış-veriş mərkəzinin yan girişlərində 2 şam ağacından asılıb. Onu da bildirək ki, bu hədiyyələr də təsdüfən seçilməyib. Şirkət əməkdaşları uşaqların hər birindən istədiyi hədiyyənin adını öyrənib, onların adı yazılan açıqcaları ağacın üzərindəki rəngarəng yeni il oyuncaqlarının yayında yerləşdiriblər. Bu təşəbbüsün məqsədi ana və ata qayğısından məhrum olmuş 300 nəfər uşağı məhz özlərinin istədiyi hədiyyələrlə sevindirmək və onlar üçün Yeni İl bayramını unudulmaz etməkdən ibarətdir. Nəzərinizə çatdıraq ki, “Onlar da hədiyyə gözləyirlər...” layihəsi 11-19 dekabr tarixləri arasında keçiriləcək. Azercell bu layihə vasitəsilə bir növ cəmiyyəti kimsəsiz uşaqlara əsl bayram sevinci bəxş etməyə çağırır.

Şirkət hələ öz fəaliyyətinin ilk günlərindən uşaqların qayğısına qalmağa başlayıb, uşaq problemlərini cəmiyyətin diqqət mərkəzində saxlamaq üçün ictimai məlumatlandırma kampaniyası həyata keçirib, uşaqların rifahına istiqamətlənmiş böyük həcmdə sərmayə yatırıb. Uşaqlarla yaxından dostluq edən və onlara hər zaman qayğı göstərən Azercell ənənəvi olaraq aztəminatlı, eləcə də qaçqın və məcburu köçkün ailələrinin uşaqları üçün bayram şənlikləri keçirir, onlara sovqatlar aparır.

  “Hər Uşağın Ailəyə Ehtiyacı Var!”, “Mobil Diş Klinikası”, “Mobil Göz Klinikası”, “Uşaq Qaynar Xətti” və s. kimi layihələrə imza atmış şirkət bundan sonra da sosial layihələrini davam etdirəcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!