Modern.az

Milli Məclisdə təmsil olunan 12 siyasi partiya etiraz bəyanatı verdi

Milli Məclisdə təmsil olunan 12 siyasi partiya etiraz bəyanatı verdi

15 Dekabr 2009, 13:58

Modern.az-ın məlumatına görə, dekabrın 15-də Milli Məclisdə təmsil olunan bütün siyasi partiyalar ABŞ Konqresinin 2010-cu maliyyə ilində Dağlıq Qarabağa 8 milyon dollar həcmində yardım ayırması barədə qərarına etiraz olaraq bəyanat veriblər.
Bu aksiya Sosial Rifah Partiyasının təşəbbüsü ilə baş tutub. Etiraz bəyanatını parlamentdə təmsil olunan iqtidarlı-müxalifətli bütün 12 siyasi partiyanın nümayəndələri imzalayıblar.
Bəyanatda bildirlib ki, ABŞ Konqresinin bu addımı onun beynəlxalq nüfuzunua xələl gətirir və ikili standartlara xidmət edir. Sənədin müəllifləri bildirblər ki, Dağlıq Qarabağdakı separatçı rejimə maliyyə ayırmaqla ABŞ münaqişənin tənzimlənməsilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədri kimi öz demokratik imicinə zərbə vurmuş olur. Buna görə də tələb olunub ki, separatçı rejimə maliyyə yardımı nəzərdə tutan sənəd dərhal dayandırılmalıdır.
Siyasi partiyalar ABŞ səfirliyindən xahiş ediblər ki, bəyanatı Amerikanın müvafiq dövlət orqanlarına çatdırsın.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir