Modern.az

“Srebrenitsa anaları” bütün dünyaya “Xocalı soyqırımını tanımadığınıza görə utanın!” deyəcəklər

“Srebrenitsa anaları” bütün dünyaya “Xocalı soyqırımını tanımadığınıza görə utanın!” deyəcəklər

25 Fevral 2019, 12:20

Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində Azərbaycanda səfərdə olan "Srebrenitsa anaları" Hərəkatının üzvləri bu gün Bakıdan vətənlərinə yola düşüblər.

Modern.az xəbər verir ki, “Srebrenitsa anaları” Hərəkatının üzvləri çox vacib işlərin olması səbəbindən geri dönməyə məcbur olublar. Bosniyalı analar ölkələrinə geri dönərkən vurğulayıblar ki, soyqırımları və insan haqları  ilə bağlı dünyanın hansı ölkəsində keçirilməsindən asılı olmayaraq, bütün toplantılarda Xocalı məsələsini də qabardacaqlar.


Analar “Dünya Xocalı soyqrımını tanımalıdır!” şüarı ilə bu işi davam etdirəcəklər.


“Srebrenitsa anaları” Xocalı qətliamını öz soyqırımları kimi qəbul etdiklərini də dilə gətiriblər. Onlar bildiriblər ki, Xocalı soyqırımının beynəlxalq aləmdə tanınmasına dəstək verəcəklər.

Eyni zamanda, boşnak analar erməni vandalizmindən əziyyət çəkən insanlarla görüşlərində də qeyd ediblər ki, fəal olmalı, ciddi işlər həyata keçirilməlidir.

"Srebrenitsa anaları" dünyada Xocalı faciəsi ilə bağlı məlumatlarda natamamlığın olmağından da söz açıblar.  Bu günə kimi soyqrımı ilə bağlı ətraflı məlumat əldə də bilmədiklərinə görə təəssüf hissi keçirdiklərini vurğulayıblar.
 

 "Srebrenitsa Anaları" Hərəkatının rəhbəri Munira Subaşiç bildirib ki, martın 8-9 tarixlərində Nyu-York şəhərində olacaqlar. Orada insan haqları ilə bağlı baş tutacaq tədbirə dünyanın bir çox ölkələrindən dövlət adamları qatılacaq. Analar həmin toplantıda Xocalı məsələsini də mütləq qaldıracaqlar


Xatırladaq ki, "Srebrenitsa Anaları" Hərəkatının üzvləri Parlament Jurnalistləri Birliyinin və Milli Məclisin deputatı, Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin təşəbbüsü ilə Azərbaycana gəlmişdilər.

Qeyd edək ki, "Srebrenitsa Anaları" Hərəkatının üzvləri Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlının Bosniyaya səfəri zamanı onun Xocalı soyqırımından bəhs edən “Böyüməyən uşaqlar” kitabı ilə maraqlanaraq, faciənin detalları ilə daha da yaxından tanış olublar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir