23 mart 2019, Şənbə
Ana Səhifə - CƏMİYYƏT - Müavinət və təqaüdlərin artımı aprelin 1-dən qüvvəyə minəcək - Nazir
Müavinət və təqaüdlərin artımı aprelin 1-dən qüvvəyə minəcək - Nazir
25.02.2019, 18:26

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixli sərəncamı dövlət başçısının daha bir humanist təşəbbüsünün nəticəsi olmaqla, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində mühüm tədbirlərin ardıcıl xarakter aldığını göstərir”.


Modern.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sərəncamın icrası ilə əlaqədar görüləcək  işlərə dair bu gün keçirdiyi mətbuat konfransında vurğulayıb. Nazir bildirib ki, Sərəncam ümumilikdə 576,8 min nəfərə  yönələn sosial müavinətlərin və Prezidentin aylıq təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması, eləcə də həmin təqaüdlərin əhatə dairəsinin daha da genişləndirilməsi məqsədinə xidmət edir.


O deyib ki, Sərəncama uyğun olaraq, sosial müavinətin məbləğinin yaşa görə müavinət alanlar üçün 73 manatdan 130 manata, I qrup əlilliyə görə (ümumi səbəbdən əlillər üçün 82 manatdan, müharibə əlilləri üçün 101 manatdan, “Çernobıl AES-də hərbi xidmətlər əlaqədar” və “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əlilliyi olanlar üçün 94 manatdan) 150 manata,  II qrup əlilliyə görə (ümumi səbəbdən əlillər üçün 61 manatdan, müharibə əlilləri, “Çernobıl AES-də hərbi xidmətlər əlaqədar” və “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əlilliyi olanlar üçün 81 manatdan) 130 manata, III qrup əlilliyə görə isə (ümumi səbəblərdən əlillər üçün 52 manatdan, müharibə əlilləri üçün 73 manatdan və “Çernobıl AES-də hərbi xidmətlər əlaqədar” və “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əlilliyi olanlar üçün 61 manatdan) 110 manata, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün 82 manatdan 150 manata, ailə başçısını itirməyə görə isə ailə üzvlərinin hər biri üçün  68 manatdan 80 manata çatdırılması nəzərdə tutulur.


Nazir qeyd edib ki, bunun üçün sərəncama uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müvafiq normativ hüquqi aktların layihələrini on beş gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.


S.Babayev bildirib ki, həmçinin sosial müavinətin məbləğinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumları (himayəçiləri) üçün 61 manatdan 100 manata,  müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları üçün 68 manatdan 100 manata, beşdən çox uşağı olan qadınların hər uşağı üçün 33 manatdan 55 manata, uşağın anadan olmasına görə 109 manatdan 200 manata, dəfn üçün ödənilən sosial müavinətin məbləğinin isə 146 manatdan 300 manata çatdırılması üçün normativ hüquqi aktların layihələri nazirlik tərəfindən hazırlanaraq qeyd olunan müddətdə dövlət başçısına təqdim olunacaq. 25 fevral 2019-cu il tarixli Sərəncam eyni zamanda Azərbaycan Respublikası Prezidentinin təqaüdü ilə təmin edilənlərin əhatə dairəsinin genişlənməsinə əsas yaradıb. Belə ki, Sərəncamda I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi də yer alıb.


Nazir diqqətə çatdırıb ki, sənəddə bu məqsədlə, habelə müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi üçün də normativ hüquqi aktların layihələrinin on beş gün müddətində hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi tapşırılır.


S.Babayev deyib ki, dövlət başçısının yeni Sərəncamı ilə müharibə əlillərinə də Prezidentin təqaüdünün məbləğinin I qrup əlilliyə görə 182 manatdan 250 manata, II qrup əlilliyə görə 158 manatdan 230 manata, III qrup əlilliyə görə 121 manatdan 210 manata çatdırılması təmin ediləcək. Həmçinin sənəd əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Prezidentin təqaüdünün əmək pensiyası almaq hüququ olan I qrup əlillərə (gözdən əlillər istisna olmaqla) də şamil olunmasını və bu təqaüdün məbləğinin 73 manatdan 100 manata çatdırılmasını nəzərdə tutulur.


Nazir qeyd edib ki, 1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği hazırda 121 manatdır ki, bu məbləğin də 150 manata çatdırılması sərəncamda əksini tapır.


S.Babayev həmin artımların edilməsi üçün də sərəncama əsasən  normativ hüquqi aktların layihələrinin hazırlanaraq qeyd olunan müddətdə, yəni on beş gün müddətində dövlət başçısına təqdim olunacağını vurğulayıb.  O, diqqətə çatdırıb ki, qeyd olunan müavinət və təqaüdlərin cari ilin aprelin 1-dən artırılması nəzərdə tutulur. Bu artımlar üçün cari ilin 9 ayı üçün əlavə olaraq 300 milyon manat, illik isə əlavə olaraq 400 milyon manat vəsait ayrılacaq.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Sabahın havası - külək, yağış, qar
23.03.2019, 14:00

Sabahın havası - külək, yağış, qar

Ağcabədidə narkotik satan mütəşəkkil dəstə tutuldu
23.03.2019, 13:48

Ağcabədidə narkotik satan mütəşəkkil dəstə tutuldu

Rusiya Ukraynadakı prezident seçkilərinə HAZIRLAŞIR
23.03.2019, 13:41

Rusiya Ukraynadakı prezident seçkilərinə HAZIRLAŞIR

Bakıda vətəndaşa qarşı 1800 manatlıq dələduzluq edilib
23.03.2019, 13:30

Bakıda vətəndaşa qarşı 1800 manatlıq dələduzluq edilib

Binəqədidə yol bağlandı
23.03.2019, 13:25

Binəqədidə yol bağlandı

Evlərə qənim kəsilən 4 oğru tutuldu
23.03.2019, 12:36

Evlərə qənim kəsilən 4 oğru tutuldu

Moskva xatirələri - III HİSSƏ  
23.03.2019, 12:33

Moskva xatirələri - III HİSSƏ  

Səfir: “Pakistandan Azərbaycana gələn turistlərin sayı artıb”
23.03.2019, 12:24

Səfir: “Pakistandan Azərbaycana gələn turistlərin sayı artıb”

Əfqanıstanda terror - 7 nəfər öldü
23.03.2019, 12:06

Əfqanıstanda terror - 7 nəfər öldü

Astananın adı dəyişdi - Nur-Sultan oldu
23.03.2019, 11:40

Astananın adı dəyişdi - Nur-Sultan oldu

Dünyanı qorxudan raketlər poliqonlara yeridildi - Amerika bu silahlardan qoruna bilməyəcək 
23.03.2019, 11:28

Dünyanı qorxudan raketlər poliqonlara yeridildi - Amerika bu silahlardan qoruna bilməyəcək 

Araq, serroz və son rol - Səməndər Rzayevin ÖMÜR YOLU
23.03.2019, 11:18

Araq, serroz və son rol - Səməndər Rzayevin ÖMÜR YOLU

Gəncə-Bakı reysinə dəyişiklik
23.03.2019, 11:04

Gəncə-Bakı reysinə dəyişiklik

Amerikanın azərbaycanlı müəllimi
23.03.2019, 10:54

Amerikanın azərbaycanlı müəllimi

Azərbaycanlı əsir, girov və itkinlər... - Mart ayının rəsmi STATİSTİKASI   
23.03.2019, 10:40

Azərbaycanlı əsir, girov və itkinlər... - Mart ayının rəsmi STATİSTİKASI  

Azərbaycan deputatları ABŞ-a getdilər
23.03.2019, 10:22

Azərbaycan deputatları ABŞ-a getdilər

Merkellə Tramp telefonda müzakirə apardı
23.03.2019, 09:56

Merkellə Tramp telefonda müzakirə apardı

Bu gün Avro-2020-nin seçmə mərhələsində I tur yekunlaşacaq - TƏQVİM   
23.03.2019, 09:52

Bu gün Avro-2020-nin seçmə mərhələsində I tur yekunlaşacaq - TƏQVİM  

Məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyasında qərb bölgəsinə getdilər
23.03.2019, 09:51

Məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyasında qərb bölgəsinə getdilər

Cəbhədə erməni təxribatı...
23.03.2019, 09:49

Cəbhədə erməni təxribatı...

Quran niyə hər yerdə ərəbcə oxunur...   
23.03.2019, 09:44

Quran niyə hər yerdə ərəbcə oxunur...  

Avropa Çempionatının seçmə mərhələsində daha 7 oyun - NƏTİCƏLƏR   
23.03.2019, 09:38

Avropa Çempionatının seçmə mərhələsində daha 7 oyun - NƏTİCƏLƏR  

İsrail hərbçiləri ilə fələstinlilər arasında qarşıdurma: 2 nəfər öldü
23.03.2019, 00:12

İsrail hərbçiləri ilə fələstinlilər arasında qarşıdurma: 2 nəfər öldü

Zaqatalada canavarlar 40-dan çox  heyvanı parçaladı
22.03.2019, 23:57

Zaqatalada canavarlar 40-dan çox  heyvanı parçaladı

Avropadakı aksiyada Quranı yandırdılar - VİDEO
22.03.2019, 23:41

Avropadakı aksiyada Quranı yandırdılar - VİDEO

Türkiyədə ABŞ dolları kəskin bahalaşdı
22.03.2019, 23:23

Türkiyədə ABŞ dolları kəskin bahalaşdı

Şəkidə tütün əkini sahələri 153 hektar artırılacaq
22.03.2019, 23:11

Şəkidə tütün əkini sahələri 153 hektar artırılacaq

Xınalıq yolunda hərəkət bərpa olundu
22.03.2019, 22:54

Xınalıq yolunda hərəkət bərpa olundu

ABŞ Suriyanın terrorçulardan təmizləndiyini açıqladı
22.03.2019, 22:35

ABŞ Suriyanın terrorçulardan təmizləndiyini açıqladı

Kasprşik Paşinyanla Qarabağ münaqişəsini müzakirə etdi
22.03.2019, 22:19

Kasprşik Paşinyanla Qarabağ münaqişəsini müzakirə etdi

Fransada etirazçılar güllələnə bilər
22.03.2019, 22:01

Fransada etirazçılar güllələnə bilər

Mülki vertolyotun qəzaya uğraması nəticəsində iki nəfər öldü
22.03.2019, 21:44

Mülki vertolyotun qəzaya uğraması nəticəsində iki nəfər öldü

Ayfon istifadəçiləri üçün yenilik
22.03.2019, 21:26

Ayfon istifadəçiləri üçün yenilik

Turistləri daşıyan avtobus yandı
22.03.2019, 21:11

Turistləri daşıyan avtobus yandı

ABŞ-dan İrana qarşı yeni sanksiyalar
22.03.2019, 20:53

ABŞ-dan İrana qarşı yeni sanksiyalar

Adil Əliyev Bakı məktəbi ilə “qardaşlaşan” Ankara məktəbinə getdi - FOTOLAR
22.03.2019, 20:46

Adil Əliyev Bakı məktəbi ilə “qardaşlaşan” Ankara məktəbinə getdi - FOTOLAR

Ağakərimin müalicədən sonra yeni görüntüsü yayıldı - FOTO
22.03.2019, 20:38

Ağakərimin müalicədən sonra yeni görüntüsü yayıldı - FOTO

Azərbaycan qazının Avropaya nəqlində növbəti mərhələ
22.03.2019, 20:28

Azərbaycan qazının Avropaya nəqlində növbəti mərhələ

Suriyada onlarla insanı qətlə yetirən şəxs tutuldu
22.03.2019, 20:16

Suriyada onlarla insanı qətlə yetirən şəxs tutuldu

“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırılanlar məlum oldu    
22.03.2019, 20:15

“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırılanlar məlum oldu  

Azərbaycanda böyrək köçürülənlərin sayı AÇIQLANDI
22.03.2019, 20:00

Azərbaycanda böyrək köçürülənlərin sayı AÇIQLANDI

İran XİN başçısı Türkiyəyə getdi
22.03.2019, 17:29

İran XİN başçısı Türkiyəyə getdi

Nazirlik sudan istifadə ilə bağlı əhaliyə xəbərdarlıq etdi
22.03.2019, 16:59

Nazirlik sudan istifadə ilə bağlı əhaliyə xəbərdarlıq etdi

Axtarışda olan şəxs saxlanıldı
22.03.2019, 16:01

Axtarışda olan şəxs saxlanıldı

Balakən sakininin evindən silah və narkotik tapıldı
22.03.2019, 15:26

Balakən sakininin evindən silah və narkotik tapıldı

Niderlandda nanotexnologiya şirkət yaradan azərbaycanlı
22.03.2019, 15:00

Niderlandda nanotexnologiya şirkət yaradan azərbaycanlı

Azercell əmək sərgisində
22.03.2019, 14:48

Azercell əmək sərgisində

Ərdoğan Trampın Colan təpələrinə dair bəyanatını sərt tənqid etdi
22.03.2019, 14:12

Ərdoğan Trampın Colan təpələrinə dair bəyanatını sərt tənqid etdi

Sabahın hava PROQNOZU
22.03.2019, 13:23

Sabahın hava PROQNOZU

I qrup əlillərə Prezident təqaüdü veriləcək
22.03.2019, 13:19

I qrup əlillərə Prezident təqaüdü veriləcək

ARXİV