Modern.az

Maliyyə Nazirliyi sığorta barədə ən yaxşı məqalələri mükafatlandırıb (SİYAHI)

Maliyyə Nazirliyi sığorta barədə ən yaxşı məqalələri mükafatlandırıb (SİYAHI)

8 Dekabr 2011, 15:52

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti “İRƏLİ” İctimai Birliyi ilə birgə “Sığortalı gələcək” layihəsinin bağlanış mərasimini keçirib. Beynəlxalq Mətbuat Mərkəzində keçirilən mərasimdə layihənin rəhbəri, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin əməkdaşı Orxan Bayramov, “İRƏLİ” İctimai Birliyinin baş katibi Rauf Mərdiyev iştirak ediblər. Tədbir zamanı layihənin yekun hesabatı ictimaiyyətin nəzərinə çatdırılıb, layihə çərçivəsində həyata keçirilən müsabiqələrin nəticələri açıqlanaraq qaliblər mükafatlandırılıb.

Müsabiqənin nominasiyalarını və qaliblərin adlarını nəzərinizə çatdırırıq:

Sığorta barədə ən yaxşı foto

I yer Tərxan Şahrzalı

II yer Asif İmanov

III yer Guney Mustafayeva

Sığorta barədə ən yaxşı karikatura

I yer Vüqar Haqverdiyev

II yer Fuad Əsgərov

III yer Vüsal Zülfüqarov

Sığorta barədə ən yaxşı bloq yazısı

I yer Tural Əliyev

II yer Niyaz Əliyev

III yer Aytən Əsədullayeva

Sığorta barədə ən yaxşı məqalə

I yer İlkin Ağayev

II yer Vüqar Haqverdiyev

III yer Fəxrixanım Əhmədova

Müsabiqəyə təqdim olunmuş materiallar “İRƏLİ” İctimai Birliyinin və Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin əməkdaşlarından ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilmib. 4 nominasiya üzrə təqdim olunmuş işlər arasında ən yaxşı 3-ü (cəmi 12) müvafiq olaraq I yer 200 AZN, II yer 150 AZN və III yer 100 AZN məbləğində mükafatla təltif olunub.

Bundan başqa, facebook sosial şəbəkəsində keçirilmiş “Sizcə sığorta nədir?” adlı fotomüsabiqənin qalibi Sahil Nağızadə 50 AZN məbləğində pul mükafatına layiq görülüb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir