Modern.az

“Jurnalistlər tez-tez Azərbaycanın bölgələrinə dəvət olunmalıdırlar”

“Jurnalistlər tez-tez Azərbaycanın bölgələrinə dəvət olunmalıdırlar”

8 Dekabr 2011, 16:22

Bu gün İsmayıllı rayonunda  Gənclər Təşkilatları  Milli Şurasının (ARGTMŞ) “Jurnalistlər üçün qış məktəbi”  layihəsi çərçivəsində növbəti 3 günlük tədbiri öz işinə başlayıb.

“Jurnalistlər üçün qış məktəbi”nin açılışında Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı çıxış edərək müəyyən təkliflər irəli sürüb. E.Eyvazlı ilk növbədə tədbirin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, layihə ilk növbədə jurnalistlərin həmrəyliyinin güclənməsinə xidmət edir:
“Bir var tək jurnalist hər hansı məsələ qaldırır, bir də var ki, 25 jurnalist. Bu zaman məsələlərə daha çox praktik yanaşılır və mətbuatda işıqlandırılır. İndi bu layihədə bir-birini tanımayan jurnalistlər iştirak edir. Jurnalistlərin ötən dəfə baş tutan Quba səfəri ilə bu dəfəki İsmayıllı səfərinin fərqi ondan ibarət olub ki, iştirakçıların 80%-i təzədir. Bu da o demək idi ki, şəbəkəmiz genişlənir. Təbii ki, ötən dəfəki qış məktəbində olan jurnalistlərlə əlaqələrimiz artıq dostluq səviyyəsindədir. Bu jurnalist həmrəyliyinin möhkəmlənməsinə xidmət edir. Eyni zamanda,  problemlərə jurnalistlərin baxışının formalaşmasına xidmət edir”.

E.Eyvazlının sözlərinə görə, bu tədbirlər həm də hansısa region barədə məlumatların Azərbaycan miqyasına çıxmasına xidmət edir: “Tutaq ki, 25 jurnalist gəlib İsmayıllı rayonunda hər hansı bir inkişaf görür və bunu çalışdığı mətbu orqanda işıqlandırır”.

PJB sədrinin fikrincə, bu tədbirdən jurnalistlərlə yanaşı, regionlar da yararlanır.

E.Eyyazlı Türkiyə təcrübəsindən misal çəkib. Deyib ki, Türkiyədə hər hansı bir region özünü mediada təbliğ etmək istəyirsə, jurnalistləri həmin bölgəyə dəvət edirlər.
“Dəfələrlə olub ki, azərbaycanlı jurnalistlər də bu məqsədlə Türkiyəyə gedib”deyən E.Eyvazlının sözlərinə görə, Azərbaycan bölgələrinin də belə təşəbbüslərlə çıxış etməsi vacibdir.

Modern.az     

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir