Modern.az

Jurnalist Zabil Müqabioğlunun ölümündən iki il ötür  

Jurnalist Zabil Müqabioğlunun ölümündən iki il ötür    

Media

26 Fevral 2019, 15:58

Bu gün tanınmış jurnalist Zabil Müqabioğlunun ölümündən iki il ötür.

Modern.az-ın məlumatına görə, mərhum Zabil Müqabiloğlu 2017-ci ilin 26 fevralında qaraciyər xəstəliyindən vəfat edib.


Zabil Müqabiloğlu 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olub. Bakı Asiya Universitetinin Jurnalistika fakültəsini bitirib. 1996-1998-ci illərdə hərbi xidmətdə olub. 1998-ci ildən vəfat etdiyi günə kimi mətbuatda çalışıb. "525-ci qəzet", "Avropa", "Tərcüman", "Yeni Müsavat" qəzetlərində işləyib. 


Z.Müqabiloğlunun son iş yeri isə təsisçisi olduğu gunxeber.com saytı olub.


Mərhumun bir oğul övladı yadigar qalıb. 


Mediada imzası yetəri qədər tanınmış Z.Müqabiloğlu jurnalist fəaliyyəti ilə yanaşı, serlər də yazırdı. Mərhumun "Son zəng" kitab çapdan çıxıb.

Allah rəhmət eləsin...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər