Modern.az

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclası keçirilib

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclası keçirilib

8 Dekabr 2011, 17:56

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib. Modern.az saytı xəbər verir ki, iclasda bir sıra məsələlər müzakirə edilib. İclasda YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov YAP-nın rayon (şəhər) təşkilatlarında nizamnaməyə uyğun olaraq keçirilən növbəti hesabat-seçki yığıncaqlarının gedişi haqqında məlumat verib.
Sonra YAP tərəfindən “Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” mövzusunda keçiriləcək beynəlxalq konfrans haqqında ətraflı fikir mübadiləsi aparılıb.
İdarə heyətində çıxışlar zamanı bildirilib ki, YAP-nın beynəlxalq əlaqələri getdikcə genişlənir. Bu gün partiya bir sıra ölkələrin siyasi təşkilatları ilə ikitərəfli əlaqələrə malikdir. Qeyd edilib ki, bu qəbildən olan tədbirlər partiyanın beynəlxalq aləmdə nüfuzunun daha da artmasına və bu istiqamətdə əlaqələrinin genişlənməsinə müsbət təsir göstərəcək.
İdarə heyətində həmçinin bir sıra cari məsələlər müzakirə edilib.

YAP İdarə Heyətinin 20 nəfər üzvü var. Bunlar İlham Əliyev, Hacıbala Abutalıbov, Əli  Əhmədov, Murtuz  Ələsgərov, Vaqif Əliyev, Yaqub Əliyev, Şahlar Əsgərov, Əli Həsənov, Yusif Hümbətov, Nizami Xudiyev, Kərim Kərimov, Zahid Qaralov, Mübariz Qurbanlı, Abel Məhərrəmov, Misir Mərdanov, Bahar Muradova, Siyavuş Novruzov, Arif Rəhimzadə, Vasif Talıbov, Mixail Zabelindir.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi