Modern.az

Tağı Əhmədov jurnalistlərdən şikayətləndi

Tağı Əhmədov jurnalistlərdən şikayətləndi

8 Dekabr 2011, 19:14


Bu gün Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə «Müs­təqil Azərbay­can 20: mətbuatı­­mı­zın cəmiyyətin inkişafında rolu» mövzusunda konfrans keçirilib.

Tədbirdə Yasamal rayon İH və kütləvi informasiya vasitələri­nin rəhbərləri iş­ti­­rak ediblər.

Fonddan Modern.az saytına verilən məlumata görə, Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev belə tədbirlərin keçirilməsinin kütləvi informasiya vasitələri və icra strukturları arasında müna­sibətlərin formalaşması baxımından müstəsna əhəmiyyətə malik olduğunu dyib.

KİV DF-nin icraçı direktoru Vüqar Səfərli isə Azərbaycan mətbuatının 3 tarixi mərhələdə mühüm inkişaf yolu keçdiyini bildirib və xüsu­sən də dövlət müstəqilliyinin bərpasından sonra söz, fikir və mətbuat azadlığı sahəsində əldə olunmuş nailiyyətlərdən söz açıb.

V. Səfərli əmin olduğunu bildirib ki, belə tədbirlər mətbuat nümayəndələri ilə dövlət məmurları arasında münasibət­lərinin daha da genişlənməsinə təkan verəcək.

Mətbuat Şurasının sədri Əfla­tun Amaşov ölkə mətbuatının yaranması və tarixi inkişaf yoluna nəzər salıb, Azərbaycanın döv­lət müstə­qil­­­­­li­yinin bərpasında və möhkəmləndirilməsində ötən əsrin 90-cı illəri­nin əvvəllə­rində təşəkkül tapmış qəzet­lərin rolundan danışıb.

Mətbuat Şurasının reket jurnalistikaya qarşı mübarizə komissiyasının sədri, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə son illərdə 89 qəzetin reket elan olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Bakı Metropolitetinin rəisi Tağı Əhmədov dövlət məmurlarının bir çox hallarda cəmiyyətdə ciddi nüfuzu olmayan qəzetlərin əsassız tənqid və şantajlarına məruz qaldığını bildirib.

Tədbirdə Yasamal rayon 20 saylı məktəbin direktoru Sabir Mə­mişov, Yasamal rayon bələdiyyəsinin sədr müavini Əli Əkbərli, «Üç nöqtə» qəzetinin baş redaktoru Xoşqədəm Hidayətqızı, «Yeni Müsavat» qəzetinin baş redaktor müavini Azər Ayxan, «Xalq Cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas və digərləri mətbuat və dövlət məmurları arasındakı münasibətlərlə bağlı təkliflər səsləndiriblər.

Vüqar Səfərli rayon İH-ləri ilə ildə azı bir dəfə belə konfransların təşkil olunacağını vurğulyıb.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi