Arxiv
27 Fervral 2019, 10:24 | MƏDƏNİYYƏT
“Dənizdəki kiçik bir dalğadan belə elektrik enerjisi almaq olar” - MÜSAHİBƏ

Söhrab Rəhimov inşaat sektorunun layihələndirməsi, təşkilində yeni texnologiyaların tətbiqi, dayanıqlı arxitektura prinsipləri və müasir rasional fəlsəfəsini dəstəkləyən, 24 illik təcrübəyə sahib ekspertdir. O, müasir texnologiyaların Azərbaycanda tətbiqini və yeni nəsil memarların yetişdirilməsini ən prioritet məsələlərdən sayır.

 

Modern.az memar Söhrab Rəhimovla alternativ enerji ilə öz-özünü təmin edən yeni tip binaların inşası ilə bağlı müsahibəni təqdim edir.

 

- Təbii ehtiyatların tədricən tükənməsi yeni nəsil memarları prinsipial olaraq başqa tip binaların inşasına məcbur edir. Bina nəinki möhkəm və davamlı olmalıdır, o, həm də müasir günün tələbinə cavab verməli, öz funksionallığını təmin etməlidir. Bu barədə nə deyə bilərsiniz? Gələcəyin inşaatı və memarlığı necə olacaq? Bizi nə yeniliklər gözləyir?

 

- Ümumiyyətlə, tükənməyən təbii ehtiyat yoxdur. Hər birinin özünəməxsus ömrü var. Təbii ehtiyatlardan faydalanarkən ətraf mühitin təmiz qalmasına və ən az şəkildə çirklənməsinə önəm verməliyik. Hər hansı ehtiyatın ucuz olması və istifadəsi yalnız tərəzinin bir gözüdür. Ucuzluq biz insanlara lazımdır, təbiət isə ona verilən ziyanı əfv etmir. Azərbaycanda neft-qazdan alınan elektrik enerjisi alternativ yollarla əldə edilən elektrik enerjisinə görə ucuz başa gəldiyi üçün yeni texnologiyaların tətbiqi qiymət baxımından bizə sərfəli deyil. Ancaq bunun belə davam etməyəcəyini bilməliyik və çətin anlara əvvəlcədən hazır olmalıyıq.

Avropada isə alternativ enerjiyə tələbat uzun illər öncə yaranıb. Məsələn, Almaniyada bəzi şəhərlərin istilik enerjisi tələbatı termal suların vasitəsilə reallaşır. Elektrik enerjisi barəsində də geri qalmırlar. Binaların elektrik enerjisinə olan tələbatının bir hissəsini orada quraşdırılmış avadanlıq qarşılayır.

Məsələn, bina elementləri standart hala gətirilə bilər, yəni balkon məhəccərləri yerinə günəş elektrik və isti su panelləri quraşdırıla, pəncərə şüşələri özəl texnologiya ilə elektrik enerjisi qazandıra bilər. Bakı küləklər şəhəridir, deməli külək enerjisindən istifadə etmək olar. Hətta dənizdə çox kiçik bir dalğadan belə elektrik enerjisi almaq olar. Artıq Avropada istifadə edilən küçə işıqlandırmaları gündüz vaxtı Günəşdən aldığı enerjini saxlayaraq gecə işə salır. Bunun kimi bir çox fikir istehsal etmək olar. Əsas su xətləri üzərində modul olaraq qurula bilən elektrik turbinlərindən elektrik almaq, kənd təsərrüfatının aktiv olduğu yerlərdə bioenerjidən yararlanmaq olar. Bir sözlə gələcəkdə bizi təmiz və israfsız bir dünya gözləyir.

 

- Müasir tipdə inşa edilən binalarda özünü enerji ilə təmin edə biləcək qədər günəş paneli, xüsusi havalandırma sistemi və hətta artıq istifadə edilmiş isti havanın yenidən evin qızdırılması üçün yenidən geri qaytarılması kimi ideyalar mövcuddur. Hətta kifayət qədər eksperimental tikililər də var. Amma bu ideyaların kütləvi olmadığını görürük. Nə zaman bu tip tikinti və memarlıq hər yerə çatacaq? Köhnə inşaatdan imtina üçün nə tələb olunur?

 

- Bizdə mövcud elektrik enerjisi alternativ enerjidən ucuz başa gəldiyi üçün kütləvi istehsalatdan söz gedə bilməz. Ancaq ən azından bunun layihəsini işləyib gələcək nəsillərə saxlaya bilərik. Ya da fikrimcə, bu yaxın 5 ildə özü reallaşa bilər. Köhnə inşaatdan imtina etmək fərdin özünə aiddir. Təbii ki, biz yeni inşaatda insanların təməl ehtiyaclarını təmin edə bilsək, təməl ehtiyaclarını qarşılamayan köhnə tikililərdən insanlar özləri imtina edəcəklər.  Əgər təməl ehtiyac da SSRİ zamanında sadəcə insanları komfortsuz evlə də olsa, təmin etmək idisə, bu gün onlar dəyişir. İnsanlar daha rahat, gözəl evləri arzu edirlər. Bir də binanın ömrü əbədi deyil, zaman ötdükcə dəyəri azalır. Sovet “xruşovka”ları tədricən sökülərək yeni, daha müasir binalarla əvəzlənəcək. Yeni tikilidə yeni standartları tətbiq etmək olacaq.

 

- Norveçdə kanalizasiyanın istiliyi binaların qızdırılmasına istifadə olunur. Hollandiyada vətəndaşlarda gündüz əmələ gələn artıq enerji isə ümumi sistemə yönəlir. Hətta yararsız suyun təmizlənib texniki məqsədlər üçün yenidən binaya verilməsi kimi yeniliklərdən eşidirik. Amma Azərbaycanda heç bir tip yeniliyin tətbiqindən söz açılmır. Bizə nə mane olur? Neftin qazın bolluğu, ya ildə işıqlı günlərin çoxluğu? Sizə elə gəlmir ki, biz olan ehtiyatlarımıza bir qədər etinasız yanaşırıq?

 

- Bolluq olduğu zaman insan ehtiyatla davranmır. Neft-qaz ehtiyatlarının bolluğu digər sektorların inkişafını əngəlləyib. Özü də bu proses tək bizdə deyil, bütün dünyada baş verib. 20-ci əsr neft-qaz erası kimi tarixə düşüb. Hazırda isə bu ehtiyatlar tükənməkdədir deyə, qabaqcıl ölkələr alternativ mənbələrə üz tutublar.

 

Azərbaycan çox proqressiv ölkədir və istənilən yeniliyə tez uyğunlaşır. Bizə mane olan isə odur ki, ümumiyyətlə bu haqda düşünmək istəməmişik. İstəsəydik, ən azından bu işin texniki-iqtisadi tərəfini araşdırardıq, maliyyə-mənfəət analizini ortaya qoyardıq. Bu işin başlanması üçün vacib amildir. Yeniliklər bəlli bir maliyyə tələb edir, SSRİ-dən miras qalmış təsərrüfatın yenidən qurulmasına zaman lazımdır. Yeni alternativ enerji mənbələri aşkarlandıqca, daha qabaqcıl texnologiyaları tətbiq edəcəyik.

 

- Ölkəmizdə bu tip yeni texnologiyaların geniş yer alması təxminən nə zaman baş verəcək?

 

- Texnologiyalar hazırda hər 5 ildən bir dəyişir. Bu daha çox internet texnologiyalarında özünü göstərir. Tikinti və memarlıqda dəyişikliklər bir qədər daha ləng yayılır, amma bu, qaçılmazdır. Düşünürəm, yaxın 5 ildə bunları yavaş-yavaş görməyə başlayacağıq. Fərdi qaydada bəlkə daha tez görə bilərik, ancaq mən kütləvi olaraq nəzərdə tuturam.

 

N.Maqradze

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Putun Cənubi Koreyaya gedir 26 Aprel 2019, 00:51 Daxili işlər nazirləri Daşkəndə toplaşır 26 Aprel 2019, 00:32 XİN rəhbərləri Vaşinqtonda görüşə bilər 26 Aprel 2019, 00:14 Azərbaycan nefti ucuzlaşdı 25 Aprel 2019, 23:56 ABŞ Çeçenistanın hökumət başçını ölkəyə buraxmır 25 Aprel 2019, 23:43 Paytaxtda itkin düşən qadın tapıldı 25 Aprel 2019, 23:24 ABŞ İranın məhbusların dəyişdirilməsi təklifini rədd edib 25 Aprel 2019, 23:10 Belçika parlamenti qondarma “erməni soyqırımı”nı rədd etdi 25 Aprel 2019, 22:54 Çingiz Abdullayev: “Şəhərin müdafiəsi üçün mitinq olsa, ilk mən çıxacam” 25 Aprel 2019, 22:44 Gələn ay kartof və soğan ucuzlaşacaq 25 Aprel 2019, 22:23 Bərdə sakini özünü evində asdı 25 Aprel 2019, 22:11 Nazir ABŞ səfiri ilə müzakirə aparıldı 25 Aprel 2019, 21:56 Moskvadakı atışmada 2 nəfər öldü 25 Aprel 2019, 21:39 Azərbaycan elektron hökumətin yeni modelinə keçəcək 25 Aprel 2019, 21:17 Salyanda yük maşını ilə minik maşını toqquşdu: 9 yaralı 25 Aprel 2019, 21:15 Türkiyədə beş terrorçu məhv edildi 25 Aprel 2019, 21:02 Rusiya paytaxtında bomba həyacanı: 4 000 insan təxliyyə edildi 25 Aprel 2019, 20:54 Gömrük Komitəsi iddialara cavab verdi 25 Aprel 2019, 20:36 Xaçmazda sahibkarların problemləri dinlənildi 25 Aprel 2019, 20:19 Azərbaycan Uruqvaya NOTA verdi - SƏBƏB 25 Aprel 2019, 20:09 "Formula 1" pilotu Bakıda xəstələnib 25 Aprel 2019, 19:41 Qarabağ döyüşlərində itkin düşmüş əsgərin 25 ildən sonra məzarı tapılıb - FOTO 25 Aprel 2019, 19:30 Əhalinin banklardakı pulu 8 milyard manatı ötüb 25 Aprel 2019, 19:16 Türkiyədə FETÖ-çülərə qarşı yeni əməliyyat 25 Aprel 2019, 19:10 “Windows”un cinayətkarlar tərəfindən istifadə olunmuş zəif nöqtəsi tapılıb 25 Aprel 2019, 19:04 Nazir Qəbələdə fermerlərlə görüş keçirdi 25 Aprel 2019, 18:56 Azərbaycan XİN-dən Keşikçi Dağı məbədi ilə bağlı yayılan iddialara CAVAB 25 Aprel 2019, 18:50 USAID ABŞ-Azərbaycan Ticarət Palatası ilə saziş imzaladı 25 Aprel 2019, 18:44 Deputat seçicilərinin problemlərini dinlədi 25 Aprel 2019, 18:28 Mehriban Əliyeva Bakıdakı təhsil müəssisələrindəki şəraitlə tanış olub - FOTOLAR 25 Aprel 2019, 18:20 Amerika Film Festivalı “İnsan Ruhunun Qüdrəti” 25 Aprel 2019, 18:16 Məcburi köçkün uşaqlar Formula 1 ilə tanış oldular 25 Aprel 2019, 18:04 ADU-da SƏLİS-in e-vətəndaş proqramının təqdimatı oldu 25 Aprel 2019, 18:01 Magistratura imtahanlarının II mərhələsi üçün proqram seçimi başlanır 25 Aprel 2019, 17:52 Müdafiə naziri döyüş atışlı təlim məşqlərini izlədi - VİDEO 25 Aprel 2019, 17:26