Modern.az

Fərhad Bədəlbəyli: “Moskvada azərbaycanlılarla ermənilər biri-birilərinə dostluq münasibətləri bəsləyirlər”

Fərhad Bədəlbəyli: “Moskvada azərbaycanlılarla ermənilər biri-birilərinə dostluq münasibətləri bəsləyirlər”

9 Dekabr 2011, 09:44

Fransa Senatının, Azərbaycanın Fransadakı səfirliyinin və Dağlıq Qarabağın Azərbaycan icmasının təşəbbüsü ilə dünən Senatda “Ermənistanla Azərbaycan arasında münaqişə, unudulmuş münaqişə” və “ATƏT-in Munsk qrupunun həmsədri Fransa” mövzularında “dəyirmi masa” keçirilib.

Modern.az AzərTAc-a istinadən bildirir ki, tədbiri açan senator Natali Qule dünyanın bir çox bölgələrində dondurulmuş münaqişələrin olmasından, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin xüsusiyyətlərinə görə onlardan tamamilə fərqlənməsindən, uzun müddət keçməsinə baxmayaraq onun həllinin hələ də tapılmamasından, Fransanın da həmsədr olduğu ATƏT-in Minsk qrupunun bu sahədəki fəaliyyətinin bir nəticə verməməsindən danışmış, münaqişə barəsində daha ətraflı məlumat əldə edilməsi baxımından bu tədbirin xüsusi əhməyyət daşıdığını bildirib. 
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Dağlıq Qarabağ məsələsi ilə bağlı müzakirənin məhz Senatda keçirilməsinin münaqişə və onun reallıqları barədə fransız ictimaiyyətinin diqqətini cəlb etmək, Fransanın həmsədr kimi rolunun nədən ibarət olduğuna aydınlıq gətirmək məqsədi daşıdığını xüsusi vurğulayıb. O, münaqişənin sülh yolu ilə həllində Azərbaycan icmasının da maraqlı olduğunu bildirib. “Gələcəkdə erməni icması ilə birlikdə yaşayacaqlarını nəzərə alsaq, onların bu gün keçirilən müzakirələrdə iştirak etməsi vacibdir”-deyə qeyd edən səfir münaqişənin yalnız Cənubu Qafqaz bölgəsinin deyil, eyni zamanda Avropanın təhlükəsizliyini sual altında qoyduğunu diqqətə çatdırıb.
E.Əmirbəyov problemin dinc yolla həlli üçün danışıqlar aparılması ilə bağlı Azərbaycan tərəfinin konstruktiv səylərinə baxmayaraq Ermənistanın müəyyən bəhanələrlə danışıqlardan boyun qaçırdığını qeyd edib: “İşğal altındakı ərazilərdə Azərbaycan xalqına məxsus tarixi abidələr, mədəniyyət və incəsənət əsərləri, təbii sərvətləri ermənilər tərəfindən məhv edilir.

 Azərbaycan münaqişəni hərbi yolla deyil, sülh yolu ilə həllinə səy göstərir. İşğal altındakı Azərbaycan ərazilərinin tezliklə azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının, Avropa Şurasının və digər beynəlxalq təşkilatların qətnamə və qərarlarını Ermənistan tərəfi saya salmır. 
Azərbaycanın suverenliyini qoruyub saxlamaqla yanaşı, nəyin bahasına olursa olsun, öz ərazi bütövlüyünü təmin etməkdə israrlıdır. Azərbaycan  öz torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq”. 
Milli Məclisin deputatı, Dağlıq Qarabağın Azərbaycan icmasının üzvü Rövşən Rzayev bu məsələnin Fransa Senatında müzakirəsinin mühüm əhəmiyyət daşıdığını qeyd edib: “Bir tərəfdən dünyanın qlobal məsələlərinin həllində Avropanın aparıcı dövlətlərindən biri olan Fransanın mövqeyi həmişə nəzərə alınır, digər tərəfdən isə Fransa həmsədrlərdən biridir. 
Münaqişənin həlli ilə əlaqədar Qarabağın Azərbaycan icması erməni icmasını noyabrın 28-də Berlində dialoqa dəvət etdi. Lakin ermənilər danışıqlar prosesindən olduğu kimi, Azərbaycan icmasının görüşündən də imtina etdilər. Dağlıq Qarabağda azərbaycanlılarla ermənilərin uzun illər bir yerdə mehriban qonşuluq və dostluq şəratində yaşayıblar. Amma bəzi millətçi ermənilərin səpdiyi düşmənçilik toxumu nəticəsində dünən dost olan xalqlar bu gün düşmən möqedən çıxış edirlər.
Azərbaycanın Dağlıq Qarabağ icması bölgədə sülhün bəqərar olmasının, qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının və hər iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır və buna həmişə hazırdır”. 
Milli Assambleyada Fransa-Azərbaycan dostluq qrupunun sədri Jan-Lui Düma bildirib ki, tarixi bölüşmək baxımından mübadilələr müstəsna əhəmiyyət kəsb edir: “Hər iki xalqı biri-birinə tanıtmaq, mədəniyyətinin və iqtisadiyyatının bölüşdürülməsi baxımından dostluq qruplarının üzərinə böyük vəzifələr düşür. Bu bir həqiqətdir ki, Fransada güclü erməni lobbisi var və onların fəaliyyət dairəsi çox genişdir. Təəssüflər olsun ki, Fransada bizim azərbaycanlı dostlarımızın sayı ermənilərin sayından xeyli azdır. Bunu da nəzərə almaq lazımdır. Buna baxmayaraq, iki xalq arasında dostluğun inkişafı istiqamətində işlər davam edir. Əlbəttə, biz əldə edilmiş uğurlarla kifayətlənmirik, onu daha da inkişaf etdirməyə çalışırıq”. 
Azərbaycan Musiqi Akademiyasının rektoru, Dağlıq Qarabağ Azərbaycan icmasının üzvü Fərhad Bədəlbəyli Dağlıq Qarabağ bölgəsində azərbacanlılarla ermənilərin daim bir yerdə yaşadıqlarını diqqətə çəkib: “Regionda sülhə nail olduqdan sonra iki xalqın bir yerdə yaşamasının qeyri-mümkünlüyü barədə səslənən fikirlərlə qətiyyən razılilaşmıram. Bu fikr sadə erməni xalqını uçuruma sürükləyən erməni siyasətçilər tərəfindən irəli sürülür. Moskvada azərbaycanlılarla ermənilər bir-birlərinə dostluq münasibətləri bəsləyirlər. Unutmaq lazım deyil ki, Ermənistan Azərbaycanla qonşudur və hər iki xalq illər boyu bu qonşuluq şəraitində yaşamış və yaşayacaqdır”. 
Xocalıdan olan politiloq Anar Usubov münaqişənin törətdiyi dəhşətlərdən, Xocalı faciəsindən, yaxın qohum-əqrabalarını itirməsindən söhbət açıb, tədqiqatçı Pyer Konesa hər bir xalqın tanınmasında kütləvi informasiya vasitələrinin rolundan danışıb, tarixçi Antuan Konstan XlX əsrin əvvəllərində ermənilərin Dağlıq Qarabağ və digər ərazilərdə yerləşdirilməsi nəticəsində bölgədə demoqrafik dəyişiklik baş verdiyini, Ermənistanın bu günkü ərazisinin vaxtilə Azərbaycan torpaqları olduğunu, lakin zaman keçdikcə orada yerləşdirilmiş ermənilərin azərbaycanlıları tədricən sıxışdırıb çıxarmasından bəhs edib.Tədbirdə Fransanın Azərbaycandakı keçmiş səfirləri, ölkədə akkreditə olunmuş diplomatik korpusun əməkdaşları, fransalı senator və deputatlar, Milli Məclisin deputatları, fransız ictimaiyyətinin nümayəndələri, diasporumuzun təmsilçiləri, tələbələrimiz və jurnalistlər iştirak ediblər.
Tədbir iştirakçıları fotoqraf Mirnaib Həsənoğlunun Dağlıq Qarabağ mövzusu ilə bağlı fərdi sərgisində də iştirak ediblər. Onlar həmçinin Qarabağ musiqiçilərinin ifasında muğam üçlüyünün konsertini dinləyiblər.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir