Modern.az

"Gözəlçə Serjik" – Dərdimizə çarədirmi?

"Gözəlçə Serjik" – Dərdimizə çarədirmi?

9 Dekabr 2011, 11:04

Son dövrlər sosial şəbəkələrdə (xüsusən Facebook-u nəzərdə tuturam - A.C) Ermənistan prezidenti Serj Sərkisyanın cürbəcür pozalarda montaj edilmiş fotoşəkillərinə rast gəlirəm. Fotomontajın birində Sərkisyan Medvedevin qucağında oturub, əynində də qadın gecə paltarı... Başqa bir rəsmdə yenə eyni "cütlükdür", bu dəfə "Titanik" filminin qəhrəmanları rolunda. Digərində Sərkisyan yenə də qadın paltarında çarpayının üzərində oturub kimisə gözləyir. Deyəsən, Əhmədnecadı...

Bu cür "əsərlər"in sayı çoxdur. Və bunlar Sərkisyanın simasında Ermənistan dövlətinin gerçək mahiyyətini açıb ortaya qoyur. Başqasının hesabına yaşamaq, arxasında başqasının gücünü hiss edə-edə, qarşısındakına diş qıcamaq... Bütün bunlar işğalçı Ermənistan rəhbərlərinin yaşam tərzidir.

Tarixən də belə olub. 1915-də fransızları və rusları arxalarında hiss edib Osmanlıya qarşı qiyam qaldıranlar, quldur bolşeviklərə söykənib 1918-də Bakıda və ümumən Azərbaycanda saysız qətliamlar törədənlər, 1992-də Rusiyanın 366-cı moto-atıcı diviziyası ilə birlikdə Xocalıda soyqırımı həyata keçirənlər sərkisyanlar deyildimi?

Azərbaycan torpaqlarında bir dövlət yaradıb, digərini də yaratmağa cəhd edənlər buna hər zaman, kiminsə istifadəsində, xidmətində ola-ola nail olublar. Bu baxımdan, erməni xislətinin haqqında bəhs etdiyim fotomontajlarda təsvir olunması ilk baxışdan normal sayıla bilər.

Ancaq mən bir-iki məqama görə bu cür mübarizə yolunu o qədər də uğurlu hesab etmirəm.

Birincisi, gənclərimizin hazırladığı bu "biədəb" şəkilləri Sərkisyan yox, bizlər, eyni zamanda bizimlə eyni sosial şəbəkədə olan xanımlar görür.

İkincisi, bu tipli vasitələr yalnız özünətəskinlikdən başqa bir şey deyil. Deyilə bilər ki, informasiya texnologiyaları düşmənlə mübarizədə də yeni imkanlar yaradır, virtual aləm indiki zəmanədə ən təsirli silahdır. Razı. Amma bu imkanları yalnız "gözəlçə Serjik" yaratmağa sərf etmək, sonra da saatlarla ona baxmaqla təskinliyə yuvarlanmaq çarə deyil.

Bir şeyi də unutmamaq ki, Ermənistanda da internet var, erməni dığaları da "fotoşop"dan gen-bol istifadə edir.

Bu baxımdan, informasiya texnologiyalarından düşmən əleyhinə yararlanmaq istəyiriksə, bunu ciddi müstəviyə keçirməliyik. Məsələn, Ermənistanın dövlət qurumlarının saytlarını ələ keçirib orada Azərbaycan həqiqətlərini yerləşdirmək. Yaxud, erməni şirkətlərinin, banklarının işini iflic etmək. Bax, buna deyərəm "iş".

Yoxsa, nə qədər ki, Qarabağ Sərkisyanın tapdağındadır, neçə ki, Sərkisyan kefi istəyəndə bizim ayaq basa bilmədiyimiz Qarabağa gedib-gələ bilir, ən gözəl "fotoşop" əsərimiz belə yaramıza məlhəm olmayacaq...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı