Modern.az

Gürcüstanda daha 3 nəfər “donuz qripi”ndən vəfat edib

Gürcüstanda daha 3 nəfər “donuz qripi”ndən vəfat edib

15 Dekabr 2009, 15:14

Gürcüstanda daha 3 nəfər “donuz qripi”ndən dünyasını dəyişib. Modern.az-ın gürcü mətbuatına verdiyi məlumata görə, bu barədə Gürcüstanın Səhiyyə Nazirliyi açıqlama yayıb.  Məlumatda qeyd olunur ki, hər 3 sakin “donuz qripi” nin yaratdığı ikitərəfli total pnevmaniyadan vəfat edib. Hər üç qadın süni tənəffüs aparatına qoşulsa da,  onların həyatını xilas etmək mümkün olmayıb.

 

Bu günə kimi ölkədə 4 nəfər “donuz qripi”ndən vəfat edib. Daha 4 nəfərin vəziyyti xüsusilə ağır qiymətləndirilir, onlar süni tənəffüs aparatna qoşulublar. Həkimlər qeyd edib ki, bütün ölüm hallarına səbəb xəstələrin müalicə  üçün tibbi personala gec üz tutmasıdır.  Gürcü həkimləri əhalini qripin ilk simptomları özünü göstərən kimi xəstəxanalara müraciət etməyə çağırıblar.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı