Modern.az

“Qaynar xətt”lərdə "isinə" bilirikmi...

“Qaynar xətt”lərdə "isinə" bilirikmi...

9 Dekabr 2011, 11:24

Hazırda dövlət orqanlarına vətəndaşlar tərəfindən daxil olan şikayətlərə, sorğulara baxılması üçün "qaynar xətt" xidmətləri fəaliyyət göstərir. Müvafiq zamanlarda "qaynar xətt" xidmətlərinə daxil olan müraciətlərlə bağlı hesabatlar açıqlanır.
Amma bu xidmətlərin fəaliyyəti barədə cəmiyyətdə birmənalı fikir yoxdur. Bəziləri hesab edir ki, bir çox dövlət qurumunun "qaynar xətt" xidməti aktiv fəaliyyət göstəmir, zənglər nəticəsiz qalır, qaldırılan problemlərə reaksiya verilmir.
Doğrudanmı belədir?

Modern.az-ın əməkdaşı məsələ ilə əlaqədar bir sıra dövlət qurumunun "qaynar xətt" xidmətindən münasibət öyrənməyə çalışıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdir müavini İlham Məmmədov qeyd edib ki, nazirliyin saytında elektron müraciət forması var. Eyni zamanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi, ünvanlı dövlət sosial yardımı sisteminin tətbiqi, əlillərin tibbi və sosial reabilitasiyası, tibbi sosial ekspertiza işinin aparılması, işçi vətəndaşların əmək hüquqlarının qorunması və iş yerlərində əmək qanunvericiliyinin tətbiqinə dövlət nəzarətinin həyata kecirilməsi, işsiz və işaxtaran vətəndaşların işlə təminatı, habelə əmək miqrasiyası proseslərinin tənzimlənməsi sahələrində görülən işlər barədə əhalidən ümumi rəyin obyektiv öyrənilməsi, qeyd olunan sahələrlə bağlı vətəndaşların məlumat, sorğu və şikayət xarakterli müraciətlərinin operativ cavablandırılması məqsədilə "142 etimad xətti" də fəaliyyət göstərir.

“Şəffaflığın artırılması və vətəndaşlar üçün əlçatan olması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında “vətəndaşlar üçün” bölməsi var. Burada həm əlaqə telefonları, həm "142 etmad xətti", həm də elektron müracət ediıməsi ilə bağlı keçidlər var. Vətəndaşların göndərdikləri bütün sorğular aidiyyatı üzrə məsul şəxslərə göndərilir və ən qısa zamanda cavablandırılır”.
(Nazirlik sözçüsü bu xidmətlər üzrə neçə nəfərin çalışdığı, onların necə işlədiyi barədə məlumat verməyib. Bəzən insanların bu dövlət qurumuna telefon zənginin cavablandırmamasına da aydınlıq gətirməyib-A.Ə.)

Rabitə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov bildirib ki, nazirliyin iki "qaynar xətt" xidməti fəaliyyət göstərir. Bunlardan biri müraciətlərə baxılması şöbəsində (165 5), digər isə mətbuat xidməti şöbəsindədir( 598 08 63).

“Vətəndaşlarla, insanlarla ünsiyyəti daha yaxşı tənzimləmək üçün bizdə iki "qaynar xətt" xidməti fəaliyyət göstərir. Hər "qaynar xətt" xidmətində bir nəfər işçi çalışır. İş saatı həftənin beş günü səhər saat 9:00-dan axşam saat 18:00-a kimidir. Mətbuat xidməti şöbəsindəki "qaynar xətt hətta şənbə günləri də işləyir. Vətəndaşların müraciətlərinə baxılır, həmin vaxt tədbirlər görülür, eyni zamanda nazirə də məruzə olunur”.

"Qaynar xətt" xidmətlərinə gələn zənglərə və qaldırılan problemlərə reaskiya verilməməsi məsələsinə gəlincə isə mətbuat xidmətinin rəhbəri qeyd edib ki, problemlərə bağlı "qaynar xətt"ə daxil olan müraciətlər obyektiv olaraq öz həllini tapır. “Ancaq baxılması zərurət tələb edən məsələlər olduqda isə bununla bağlı xüsusi komissiya yaradılır və yekdil qərar qəbul olunur”.

“Azəriqaz” İstehsalat Birliyinin rəsmisi Tahir Kazımov bildirib ki, onlarda iki “qaynar xətt” xidməti fəaliyyət göstərir.

“Bunlardan biri "104 qəza xidməti"dir ki, bura əsasən təbii qazın sızması, təbii qaz hadisələri ilə bağlı zənglər daxil olur. "104 xidməti" gecə-gündüz işləyir. Burada gün ərzində növbəli prinsiplə 12 nəfər operator gələn zənglərə cavab verir. 8 saatdan bir dəyişən qrupda 3 nəfər olur.

""185 qaynar xətt xidməti"nə isə əsasən şikayətlər, soğrular daxil olur. Burada isə daim 4 nəfər əməkdaş çalışır”.

T.Kazımov “qaynar xətt” xidmətinə ən çox zənglərin qış aylarında daxil olduğunu bildirib: “Yaz-yay aylarında məlumdur ki, qaz sərfiyyatı az olur və şikayətlər az daxil olur. Qışda isə əksinə... Gələn zənglərə cavab verilməməsinə gəlincə isə bildiyiniz kimi təxminən 10 gün əvvəl Bakı-Binəqədi yolunda təbii qazın sızması zamanı “qaynar xətt”ə 250-yə yaxın zəng daxil olmuşdu. Fiziki cəhətdən bu qədər müraciətə baxılması mümkün deyil. Bəzən operatorlar məşğul olsa belə, gələn zənglər gözləməyə alınır və onlara sonra cavab verilir.

Yəni zənglərə cavab verilməməsi hərdən olur, amma ümumulikdə bütün zənglərə cavab verməyə çalışırıq”.

Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı