Modern.az

“Eurovision-2012”nin Azərbaycan üçün iqtisadi əhəmiyyəti nə olacaq?

“Eurovision-2012”nin Azərbaycan üçün iqtisadi əhəmiyyəti nə olacaq?

9 Dekabr 2011, 13:28

Bu il Azərbaycan üçün ən yadda qalan hadisələrdən biri “Eurovision-2011” Mahnı Müsabiqəsində ölkəmizin qalib gəlməsi oldu. 2012-ci ildə müsabiqəyə ev sahibliyini Azərbaycan edəcək. Bu yarışmanın ölkəmizdə keçirilməsinin siyasi, iqtisadi və mədəni cəhətləri xarakterikdir.

Modern.az-ın əməkdaşı “Eurovision-2012” Mahnı Müsabiqəsinin Azərbaycanda keçirilməsinin iqtisadi əhəmiyyətinin nədən ibarət olacağını Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədovdan soruşub.

Deputat bildirib ki, “Eurovision-2012” Mahnı Müsabiqəsinin ölkə üçün iqtisadi əhəmiyyətindən çox siyasi əhəmiyyəti var. Onun sözlərinə görə, bu Azərbaycanın siyasi arenadakı mövqeyini bir daha müəyyənləşdirir.

Tədbirin iqtisadi əhəmiyyətinə gəlincə isə Vahid Əhmədov deyib ki, bu, Azərbaycana həddindən artıq qonaqların gələcəyi və büdcəyə əlavə vəsaitin daxil olacağı ilə bağlıdır.

“Mahnı Müsabiqəsinin Azərbaycanda keçirilməsi ilə əlaqədar dünya ölkələrindən xeyli xarici qonaq gələcək. Bu insanların otellərdə qalması, restonlarda nahar etməsi, alış-veriş və s. büdcəmizə əlavə vəsait gətirəcək.

Ancaq bir daha qeyd edirəm ki, “Eurovision” Mahnı Müsabiqəsinin iqtisadi əhəmiyyətindən çox, siyasi əhəmiyyəti var. Azərbaycanın dünyada tanınması, stabil dövlət olması və ölkədə demokratiyanın inkişafına təkan verən bir tədbir kimi ölkəmiz üçün çox önəmlidir”.

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi