Modern.az

“Həzrəti Yusif” obrazını yaradan aktyor kasıb mənzildə yaşayır (FOTO)

“Həzrəti Yusif” obrazını yaradan aktyor kasıb mənzildə yaşayır (FOTO)

9 Dekabr 2011, 13:39

“Simsar” jurnalının baş redaktoru İradə Nurəddinqızı  tanınmış İran aktyoru Mustafa Zamanidən müsahibə almaq üçün İranın paytaxtı Tehran şəhərində olub.

Bu barədə baş redaktor özünün Facebook-dakı səhifəsində yazıb. Onlar dünya şöhrətli aktyorun kasıb və şəraitsiz bir mənzildə kirayə qalmasını təəccüblə qarşılayıblar. Mustafa Zamaninin hazırda yaşadığı kiçik ev əvvəllər dərzi emalatxanası kimi fəaliyyət göstərib.

“Həzrəti Yusif” filmi ilə məşhurlaşan aktyor əslən Şimali İrandan olduğunu söyləyib. Orada böyüyən M.Zəmaninin valideynləri də Şimali İrandakı evlərində yaşayır. M.Zəmani isə film çəkilişləri ilə əlaqədər Tehranda qalır. M.Zamani hazırda bir neçə filmə çəkilir.



Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?